ABŞ Prezidenti hansı prosesdən geri çəkildi? | Sensasiyalı xəbərin təfərrüatı
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiya və ukraynalı həmkarları Vladimir Putinlə Volodimir Zelenski arasında görüş təşkil edə bilməyən ABŞ Prezidenti Donald Tramp prosesdən geri çəkilmək qərarına gəlib.
Bu barədə ABŞ liderinin Administrasiyasının rəsmiləri “The Guardian”a bildiriblər.
Rəsmilər D.Trampın bununla Rusiya-Ukrayna müharibəsini dayandırmaq üçün danışıqlardan geri çəkildiyini deyiblər.
Mənbələr əlavə edib ki, D.Trampın müharibəni bitirmək planlarında növbəti addım V.Putin və V.Zelenski arasında ikitərəfli görüş olmalı idi.
Nəşrin həmsöhbətlərinə görə, D.Tramp müşavirlərinə iki liderlə yalnız onlar öz aralarında görüşdükdən sonra üçtərəfli görüş keçirməyi planlaşdırdığını söyləyib. Amma V.Putin-V.Zelenski görüşünün baş tutub-tutmayacağı hələ bəlli deyil.
D.Tramp Administrasiyasının yüksək səviyyəli rəsmisi qeyd edib ki, bu vəziyyət ABŞ Prezidenti üçün “gözlə-gör” mövqeyi kimi görünür. Ancaq son günlər bu məsələdə irəliləyiş əldə olunmayıb və Ağ Ev hələlik görüşün keçirilə biləcəyi yerlərin siyahısını açıqlamayıb.
#Donald Tramp teqi istifadə olunub
- Vaşinqton həm müharibəyə, həm də sülhə hazırlaşır?
- ABŞ-İran qarşıdurmasında sülh ehtimalı nə qədər realdır? - Baku TV
- Son baş verənlərdən sonra ABŞ və İran arasında gərginlik yenidən pik həddə - Baku TV CANLI
- İsraildə seçkilər ərəfəsində Donald Tramp seçiciləri səsvermədə iştirak etməyə səsləyib
- Tramp seçim qarşısında | İran ABŞ ilə razılaşma üçün hansı şərti irəli sürdü? - YENİ BİR SƏHƏR
