ABŞ Prezidenti ilə bağlı bunu... | Pezeşkiandan Trampa sui-qəsdlə bağlı sensasiyalı açıqlama
Yeniliklərdən dərhal xəbərdar olun
İran heç vaxt ABŞ-nin seçilən Prezidenti Donald Trampı öldürməyi planlaşdırmayıb.
“Mehr” agentliyi xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian ABŞ-nin “NBC News” telekanalına eksklüziv müsahibəsində bildirib.
O, Donald Trampa qarşı sui-qəsdlə bağlı suala cavabında deyib: “Bu, İsrailin və başqa ölkələrin iranafobiyanı təşviq etmək üçün hazırladıqları sxemlərdən daha biridir. İran heç vaxt kimisə öldürməyə cəhd etməyib və planlaşdırmayıb”.
Məsud Pezeşkian ABŞ-nin seçilən prezidentinin həyatına sui-qəsdlə bağlı heç bir cəhd olmayacağına dair söz verməyə hazır olub-olmadıqları ilə bağlı suala cavabında bildirib: “Biz heç vaxt buna cəhd etməmişik və etməyəcəyik”.
Bildirilib ki, bu, ABŞ-də keçirilən prezident seçkisindən sonra Məsud Pezeşkianın xarici mətbuata verdiyi ilk müsahibə idi.
İran KİV-in məlumatına əsasən, prezident bu müsahibədə sensasiyalı açıqlama verib. Ancaq onu hələ yaymayıblar.
#ABŞ teqi istifadə olunub
- Yaxın Şərqdə hərbi gərginlik pik həddə çatacaq? - Baku TV CANLI
- Munirin səfəri | Tehrandakı görüşdə hansı məsələlər müzakirə olunacaq? - Baku TV
- Müsadirə edilən neftin gəlirləri "Kəpənək xəstəliyi" olan xəstələrin müalicəsinə yönəldiləcək
- ABŞ-Kanada danışıqları ticarət münasibətlərində hansı dəyişikliklərə yol aça bilər? - Baku TV
- Sülh sazişindən sonra Rusiya ilə iqtisadi münasibətlər necə dəyişəcək? - Baku TV CANLI
