ABŞ qanunlarını pozduğu üçün Venesuela Prezidentinin təyyarəsinə həbs qoyuldu
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ Venesuela Prezidenti Nikolas Maduronun təyyarəsinə həbs qoyaraq onu Florida ştatına göndərib.
ABŞ Ədliyyə Nazirliyi N.Maduronun təyyarəsini ələ keçirdiyini təsdiqləyib. Bu barədə qurumun məlumatında deyilir.
Təyyarə Dominikan Respublikasında ələ keçirilib və Floridanın cənub bölgəsinə yönləndirilib. Hava laynerinin saxlanılmasına səbəb ABŞ-nin ixrac nəzarəti və sanksiya qanunlarını pozması göstərilir.
Ədliyyə naziri və Baş prokuror Merrik Qarlandın sözlərinə görə, Amerika tərəfi iddia edir ki, təyyarə qanunsuz olaraq 13 milyon dollara alınıb, N.Maduro və onun tərəfdaşlarının istifadəsi üçün Venesuelaya aparılıb.
Qeyd edək ki, iyulun 28-də Venesuelada prezident seçkiləri keçirilib. Səsvermənin nəticələrinə görə, N.Maduro yenidən ölkə prezidenti seçilib. Dövlət Departamentinin nümayəndəsi Vedant Patelin sözlərinə görə, ABŞ Maduroya təzyiq göstərmək və onu Venesuelanı demokratiya yoluna qaytarmağa məcbur etmək variantlarını nəzərdən keçirir.
#ABŞ teqi istifadə olunub
- Munirin səfəri | Tehrandakı görüşdə hansı məsələlər müzakirə olunacaq? - Baku TV
- Müsadirə edilən neftin gəlirləri "Kəpənək xəstəliyi" olan xəstələrin müalicəsinə yönəldiləcək
- ABŞ-Kanada danışıqları ticarət münasibətlərində hansı dəyişikliklərə yol aça bilər? - Baku TV
- Sülh sazişindən sonra Rusiya ilə iqtisadi münasibətlər necə dəyişəcək? - Baku TV CANLI
- Tehran seçkilərdən sonra gərginliyin artacağını gözləyir
