Pleyeri seçin:

ABŞ "Taxıl sazişi"ndə Rusiya ilə qarşıdurma istəmir

16 avqust 2023 199 baxış

Pentaqon “taxıl məsələsi”ndə Rusiya ilə kəllələşmək istəmir.

“ABŞ-nin Qara dənizdə hərbi potensialı yoxdur”.

Bunu Pentaqonun mətbuat katibinin müavini Sabrina Sinq Ukraynadan taxıl ixracı üçün “hərbi həll yolları”nın mümkünlüyünü şərh edərkən deyib.

“Bizim Qara dənizdə heç bir obyektimiz yoxdur. Hazırda hesabat vermək üçün heç bir elana və ya qərara malik deyiləm. Biz baş verənləri izləməyə davam edəcəyik”, – S.Sinq deyib və əlavə edib ki, Vaşinqton Rusiya ilə müharibə istəmir.

Avqustun 15-də “The Wall Street Journal” ABŞ-nin administrasiyasındakı mənbələrə istinadən yazıb ki, Birləşmiş Ştatlar Dunay limanları vasitəsilə Ukraynadan kənd təsərrüfatı məhsulları daşıyan gəmiləri qorumaq üçün “hərbi həll” variantlarını nəzərdən keçirir.

Bundan əvvəl məlum olub ki, ABŞ taxıl müqaviləsinə xitam verildikdən sonra Ukrayna taxılının ixracından ötrü alternativ marşrutlar yaratmaq üçün Türkiyə, Ukrayna və digər Şərqi Avropa ölkələri ilə danışıqlar aparır.

Qeyd olunub ki, Vaşinqtonun dəstəklədiyi plan Ukraynanın oktyabr ayına qədər Dunay boyunca ayda 4 milyon ton taxıl ixrac etmək üçün "gücünü artırmağı" nəzərdə tutur.

Bir gün əvvəl “Kommersant” qəzeti Türkiyə mətbuatına istinadən yazıb ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya lideri Vladimir Putinin gözlənilən səfəri zamanı Qara dəniz limanları vasitəsilə Ukraynanın kənd təsərrüfatı məhsullarının dünya bazarlarına tədarükünün bərpa olunmasına dair razılaşma əldə etməyi planlaşdırır.

Artıq taxıl müqaviləsi çərçivəsində hərəkət edən sonuncu gəmi Qara dənizi tərk edib.

Banner
Hindistanda qasırğa təhlükəsi ilə əlaqədar 180 mindən çox insan təxliyə edildi - Baku TV CANLI

Hindistanda qasırğa təhlükəsi ilə əlaqədar 180 mindən çox insan təxliyə edildi - Baku TV CANLI

Dünya
28 oktyabr 2026 199 baxış
Hakim koalisiya Knessetdə çoxluğu əldə edə bilmir

Hakim koalisiya Knessetdə çoxluğu əldə edə bilmir

Dünya
28 oktyabr 2026 199 baxış
Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Dünya
28 oktyabr 2026 199 baxış
Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Dünya
28 oktyabr 2026 199 baxış
Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Dünya
28 oktyabr 2026 199 baxış
Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Dünya
28 oktyabr 2026 199 baxış
Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dünya
28 oktyabr 2026 199 baxış
Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Dünya
28 oktyabr 2026 199 baxış
İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV

İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV

Dünya
28 oktyabr 2026 199 baxış
Özəl sektorda gizli kəşfiyyat | Pentaqon nə planlaşdırır? - Baku TV

Özəl sektorda gizli kəşfiyyat | Pentaqon nə planlaşdırır? - Baku TV

Dünya
28 oktyabr 2026 199 baxış
Seçilmişlər
icon