ABŞ Rusiya neftinə qarşı sanksiyaları yenidən bərpa etdi

15 aprel 2026 246 baxış

ABŞ Rusiya neftinə qarşı sanksiyaları yenidən bərpa edib. Bu barədə "Politico" nəşri məlumat yayıb.

Bildirilir ki, qərar Donald Tramp administrasiyasının bu həftəsonundan əvvəl tətbiq edilən möhlətin müddətini uzatmaması ilə bağlıdır.

Qeyd olunur ki, ABŞ Maliyyə Nazirliyi ötən ay İranın Hörmüz boğazında yaratdığı faktiki blokada və ABŞ-İsrail hücumlarına cavab fonunda enerji qiymətlərini sabitləşdirmək məqsədilə Rusiya neftinə tətbiq edilən sanksiyalara 30 günlük müvəqqəti möhlət vermişdi. Həmin möhlətin müddəti aprelin 11-də başa çatıb və nəticədə sanksiyalar yenidən qüvvəyə minib.

ABŞ Maliyyə Nazirliyi məsələ ilə bağlı əlavə sualları cavablandırmasa da, nazir Skot Bessent bu addımı daha əvvəl "qısamüddətli tədbir" kimi qiymətləndirmişdi. ABŞ Senatının bəzi üzvləri administrasiyanı möhləti uzatmamağa çağırmışdılar.

Bundan əvvəl "Reuters" agentliyi Ağ Evin sanksiyalar üzrə lisenziyanı uzada biləcəyi barədə yazmışdı. Məlumata görə, İranla bağlı gərginlik və sanksiyalara verilən müvəqqəti möhlət Rusiyaya əlavə neft-qaz gəlirləri əldə etməyə imkan yaradıb və bu gəlirlərin apreldə 1 trilyon rublu keçəcəyi proqnozlaşdırılır. 

Banner
Skandinaviyadan Moskvaya vacib zəng | Avropada müharibə bitir? - ƏSAS XƏBƏR

Skandinaviyadan Moskvaya vacib zəng | Avropada müharibə bitir? - ƏSAS XƏBƏR

Dünya
27 oktyabr 2026 246 baxış
Rusiya-Ukrayna müharibəsi nə vaxt dayandırılacaq? - Baku TV CANLI

Rusiya-Ukrayna müharibəsi nə vaxt dayandırılacaq? - Baku TV CANLI

Dünya
27 oktyabr 2026 246 baxış
Möhsün Rezai problemlərin həlli üçün 4 ölkənin adını çəkib

Möhsün Rezai problemlərin həlli üçün 4 ölkənin adını çəkib

Dünya
27 oktyabr 2026 246 baxış
Mərkəzi Asiya Rusiyadan uzaqlaşır? - Qazaxıstandan Moskvaya siyasi mesaj - Baku TV

Mərkəzi Asiya Rusiyadan uzaqlaşır? - Qazaxıstandan Moskvaya siyasi mesaj - Baku TV

Dünya
27 oktyabr 2026 246 baxış
Vaşinqton və Tehran xəbərdarlıqlarını sərtləşdirir | Yaxın Şərqdə nələr olacaq? - Baku TV CANLI

Vaşinqton və Tehran xəbərdarlıqlarını sərtləşdirir | Yaxın Şərqdə nələr olacaq? - Baku TV CANLI

Dünya
27 oktyabr 2026 246 baxış
Son baş verənlərdən sonra ABŞ və İran arasında gərginlik yenidən pik həddə - Baku TV CANLI

Son baş verənlərdən sonra ABŞ və İran arasında gərginlik yenidən pik həddə - Baku TV CANLI

Dünya
27 oktyabr 2026 246 baxış
Ərdoğan regionda yeni münaqişə istəmədiklərini bildirib

Ərdoğan regionda yeni münaqişə istəmədiklərini bildirib

Dünya
27 oktyabr 2026 246 baxış
Tehranda gizli hesablaşma? - Yaxın Şərqdə yeni hərbi ittifaq yaranır? - Baku TV CANLI

Tehranda gizli hesablaşma? - Yaxın Şərqdə yeni hərbi ittifaq yaranır? - Baku TV CANLI

Dünya
27 oktyabr 2026 246 baxış
Beynəlxalq fond meşələrin qorunmasına görə ölkələrə ödəniş edəcək

Beynəlxalq fond meşələrin qorunmasına görə ölkələrə ödəniş edəcək

Dünya
27 oktyabr 2026 246 baxış
Texnologiya, turizm və canlı gecə həyatı ilə seçilən Təl-Əviv İsrailin maliyyə mərkəzi sayılır

Texnologiya, turizm və canlı gecə həyatı ilə seçilən Təl-Əviv İsrailin maliyyə mərkəzi sayılır

Dünya
27 oktyabr 2026 246 baxış
Seçilmişlər
icon