ABŞ Türkiyənin adını dəyişdirdi
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ Dövlət Departamenti Türkiyədən rəsmi sənədlərdə respublikanın adının bu ölkənin fonetik normalarına uyğun yazılması üçün dəyişdirilməsi ilə bağlı müraciəti təmin edib.
Bunu brifinq zamanı ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Ned Prays deyib. Bildirib ki, bütün rəsmi sənədlərdə ənənəvi olaraq istifadə olunan "Turkey" sözü bundan sonra "Türkiye" kəlməsi ilə əvəz olunacaq.
"Mən təsdiq edə bilərəm ki, Türkiyə səfirliyi rəsmi sənədlərimizdə ölkəni bu cür adlandırmağımızı istəyib", - deyə Ned Prays qeyd edib.
Onun sözlərinə görə, dəyişiklik coğrafi adların yazılış standartlaşdırılmasına cavabdeh olan ABŞ federal hökumət qurumu tərəfindən təsdiqlənib. Qərar yanvarın 6-sı təsdiqlənib və bu gündən qüvvəyə minib.
#ABŞ teqi istifadə olunub
- Munirin səfəri | Tehrandakı görüşdə hansı məsələlər müzakirə olunacaq? - Baku TV
- Müsadirə edilən neftin gəlirləri "Kəpənək xəstəliyi" olan xəstələrin müalicəsinə yönəldiləcək
- ABŞ-Kanada danışıqları ticarət münasibətlərində hansı dəyişikliklərə yol aça bilər? - Baku TV
- Sülh sazişindən sonra Rusiya ilə iqtisadi münasibətlər necə dəyişəcək? - Baku TV CANLI
- Tehran seçkilərdən sonra gərginliyin artacağını gözləyir
