Pleyeri seçin:

ABŞ uzaqmənzilli raketlərin qadağan edilməsini istəyir

19 iyun 2026 291 baxış

"ABŞ İranla bağlanan yekun razılaşmaya digər ölkələr üçün təhlükə yarada biləcək raketlərin hazırlanmasına qadağa qoyulmasını da daxil etmək niyyətindədir".

Bunu ABŞ-nin vitse-prezidenti Cey Di Vens Ağ Evdə keçirilən mətbuat konfransında bildirib.

"Biz onların xeyli sayda ballistik raketlərini və buraxılış qurğularını məhv etmişik. Onların dünya üçün geniş təhlükə yarada biləcək raketlər hazırlaya bilməyəcəklərini ümid edirik", – deyə o qeyd edib.

Vensin sözlərinə görə, ABŞ İrandan özünümüdafiə hüququndan tamamilə imtina etməsini tələb etmir. Lakin Vaşinqton Tehranın nüvə potensialını bərpa edə bilməməsini təmin etmək niyyətindədir.

ABŞ-nin vitse-prezidenti İranın nüvə proqramının məhv edildiyini və hazırda əsas məqsədin ölkənin gələcəkdə bu imkanları bərpa etməsinin qarşısını almaq olduğunu iddia edib.

Cey Di Vens əlavə edib ki, ABŞ faktiki olaraq İran dəniz limanlarının blokadasını aradan qaldırıb və Tehran ticarət gəmilərinin Hörmüz boğazından keçməsinə icazə verməyə başlayıb:

"ABŞ Mərkəzi Komandanlığı ondan çox gəminin dəniz blokadasından keçməsinə icazə verib. Beləliklə, biz də razılaşmanın öz payımıza düşən hissəsini yerinə yetiririk".

Vens bundan başqa ABŞ-nin iran yaxınlığında hərbi mövcudluğunun azaldılmasının da razılaşmanın bir hissəsi olduğunu bildirib.

"Bu, yekun razılaşmadır. Bu halda, qoşunlarımızın səviyyəsini də münaqişədən əvvəlki səviyyəyə endirəcəyik. Yəni orada əlavə aviadaşıyıcı zərbə qrupları saxlamayacağıq", – deyə Cey Di Vens vurğulayıb.

Banner
Zaporojye vilayətində zərbə nəticəsində 30-a yaxın insan həlak olub

Zaporojye vilayətində zərbə nəticəsində 30-a yaxın insan həlak olub

Dünya
03 noyabr 2026 291 baxış
Rusiya yeni zərbələrə hazırlaşır?

Rusiya yeni zərbələrə hazırlaşır?

Dünya
03 noyabr 2026 291 baxış
Moskvanın Türk Dövlətləri Təşkilatında iştirakı zəruridirmi?

Moskvanın Türk Dövlətləri Təşkilatında iştirakı zəruridirmi?

Dünya
03 noyabr 2026 291 baxış
Miqrantlar üçün tələb olunan minimum yaşayış müddəti 5 ildən 10 ilə qaldırılacaq

Miqrantlar üçün tələb olunan minimum yaşayış müddəti 5 ildən 10 ilə qaldırılacaq

Dünya
03 noyabr 2026 291 baxış
Terror aktının qarşısı alınıb, silahlıların biri məhv edilib, bəziləri saxlanılıb

Terror aktının qarşısı alınıb, silahlıların biri məhv edilib, bəziləri saxlanılıb

Dünya
03 noyabr 2026 291 baxış
Fransada məhbusların sayı rekord həddə çatıb

Fransada məhbusların sayı rekord həddə çatıb

Dünya
03 noyabr 2026 291 baxış
Qazaxıstanda dövlət çevrilişinin qarşısı alındı

Qazaxıstanda dövlət çevrilişinin qarşısı alındı

Dünya
03 noyabr 2026 291 baxış
Əraqçi dialoq üçün İranın şərtlərini açıqlayıb

Əraqçi dialoq üçün İranın şərtlərini açıqlayıb

Dünya
03 noyabr 2026 291 baxış
ABŞ-də atışmalar zamanı 12 nəfər ölüb, 50-dən çox insan yaralanıb

ABŞ-də atışmalar zamanı 12 nəfər ölüb, 50-dən çox insan yaralanıb

Dünya
03 noyabr 2026 291 baxış
“Nə Rusiya, nə də Ukrayna bunu açıqlayacaq ki...” | Oleşkidə atəşkəs elanı - Baku TV

“Nə Rusiya, nə də Ukrayna bunu açıqlayacaq ki...” | Oleşkidə atəşkəs elanı - Baku TV

Dünya
03 noyabr 2026 291 baxış
Seçilmişlər
icon