ABŞ və Asiya arasında önəmli telefon danışıqları
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ Prezidenti Donald Trampla Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev və Özbəkistan Prezidenti Şavkat Mirzoyoyev arasında telefon danışığı baş tutub.
Liderlər danışıq zamanı Rusiya-Ukrayna müharibəsi ilə bağlı müzakirələr aparıblar.
Qazaxıstan və ABŞ prezidentləri ikitərəfli gündəlik və cari beynəlxalq vəziyyət, o cümlədən Ukrayna məsələsi barədə ətraflı fikir mübadiləsi aparıblar.
Kasım-Jomart Tokayev bu ilin noyabrında Vaşinqtona səfəri zamanı əldə olunmuş razılaşmaların tam şəkildə həyata keçirilməsinə hazır olduğunu təsdiqləyib.
O, Rusiya-Ukrayna münaqişəsinin həllinin mürəkkəb olduğunu, burada ərazi məsələsinin əsas yer tutduğunu və cəbhədəki real vəziyyəti nəzərə almaqla hər iki tərəfdən güzəşt tələb etdiyini vurğulayıb. Həmçinin bütün tərəfləri səbir, çeviklik və peşəkarlıq nümayiş etdirməyə, sülh formulunu axtarmağa davam etməyə çağırıb.
Prezident Tramp Qazaxıstanın vasitəçi olmadığını, lakin lazım gələrsə, münaqişə tərəfləri üçün danışıq platforması təmin etməyə hazır olduğunu söyləyib.
Söhbətin sonunda Tokayev Trampı Qazaxıstana səfərə dəvət edib.
Qeyd edək ki, Tramp hər iki ölkə liderini gələn il Mayamidə keçiriləcək G20 sammitində fəxri qonaq qismində dəvət etməyi planlayır.
#Donald Tramp teqi istifadə olunub
- Son baş verənlərdən sonra ABŞ və İran arasında gərginlik yenidən pik həddə - Baku TV CANLI
- İsraildə seçkilər ərəfəsində Donald Tramp seçiciləri səsvermədə iştirak etməyə səsləyib
- Tramp seçim qarşısında | İran ABŞ ilə razılaşma üçün hansı şərti irəli sürdü? - YENİ BİR SƏHƏR
- Obama Trampı və ailəsini genişmiqyaslı korrupsiyada ittiham edib - Baku TV
- Vaşinqton Moskva ilə təmaslardan hansı nəticəni gözləyir? - Baku TV CANLI
