ABŞ və Çin G20-də gözlənilməz ortaq mövqe nümayiş etdirdi - Baku TV
Şimali Karolinada keçirilən G20 görüşündə süni intellektin tənzimlənməsi ilə bağlı mühüm razılaşma əldə olunub.
20 ölkənin nümayəndələri “Karolina prinsipləri” adlandırılan sənədi təsdiqləyiblər. Sənəd hüquqi baxımdan məcburi xarakter daşımır.
Tərəflər süni intellekt və digər yeni texnologiyaların inkişafına yanaşmaları yaxınlaşdırmaq üçün ümumi prinsiplər müəyyənləşdiriblər.
Razılaşmaya əsasən, süni intellekt üçün ayrıca tənzimləyici qurumların yaradılması nəzərdə tutulmur. Bunun əvəzinə texnologiya ilə bağlı mövcud sahəvi qaydaların tətbiqi və dövlətlə özəl sektor arasında əməkdaşlığın gücləndirilməsi təklif olunur.
Görüşdə ABŞ, Çin və Rusiya ilə yanaşı, texnologiya sektorunun aparıcı şirkətlərinin rəhbərləri də iştirak ediblər.
“Nvidia” rəhbəri Censen Huanq süni intellekt modellərinin təhlükəsizliyinə görə əsas məsuliyyətin onları hazırlayan şirkətlərin üzərinə düşməli olduğunu bildirib.
Çin nümayəndələri ABŞ-nin qabaqcıl süni intellekt modellərinə çıxışın məhdudlaşdırılmasına qarşı çıxıblar. ABŞ isə Çinə çip ixracına tətbiq olunan nəzarətin yumşaldılması üçün əsasların olmadığını açıqlayıb.
İlon Musk Avropada tənzimləyici yükün azaldılmasına, Sem Altman isə qlobal standartların hazırlanmasına çağırıb. Texnologiya rəhbərləri həddindən artıq sərt qaydaların innovasiyaların inkişafını ləngidə biləcəyini vurğulayıblar.
Sənədin daha geniş variantının dekabra qədər hazırlanması və daha sonra Floridada keçiriləcək G20 sammitində təsdiqlənməsi planlaşdırılır.
#ABŞ teqi istifadə olunub
- Tramp Londona Şimal dənizində neft və qaz hasilatını artırmağı tövsiyə edib - ANA XƏBƏR
- ABŞ bölgəyə əlavə hərbi qüvvələr göndərir | Yaxın Şərqdə nə baş verir? - Baku TV CANLI
- Hörmüzdən Bab əl-Məndəbə: böhran yeni təhlükələr yaradır - Baku TV
- ABŞ və İran arasında Hörmüz boğazı ilə bağlı gərginlik davam edir - Baku TV CANLI
- ABŞ Prezidentindən açıqlama | İran nəyə razılıq verib? - Baku TV CANLI
