ABŞ və Hindistan arasında niyə gərginlik yarandı?
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun avqustun 1-dən etibarən Hindistandan idxal edilən mallara 25% rüsum tətbiq edəcəyini açıqlayıb.
O, dünyanın 5-ci ən böyük iqtisadiyyatına sahib olan ölkənin üzləşəcəyi cəzanı bildirsə də, dəqiq məbləğ və ya səbəb açıqlanmayıb.
“Hindistan bizim dostumuz olsa da, biz bu illər ərzində onlarla çox az iş görmüşük, çünki onların tarifləri çox yüksəkdir”, – deyə ABŞ lideri sosial şəbəkə hesabında yazıb.
Lakin görünən odur ki, 2 dostun arasının dəyməsinin əsas səbəbi bu deyil.
“Onlar hər zaman hərbi texnikalarının böyük əksəriyyətini Rusiyadan alıblar və hamının Moskvaya qarşı çıxdığı bir vaxtda Hindistan onların ən böyük enerji alıcılarından biridir!”, – deyə Prezident ikrahını ifadə edib.
Hindistan tərəfindən isə hələ məsələyə cavab gəlməyib.
#ABŞ teqi istifadə olunub
- Munirin səfəri | Tehrandakı görüşdə hansı məsələlər müzakirə olunacaq? - Baku TV
- Müsadirə edilən neftin gəlirləri "Kəpənək xəstəliyi" olan xəstələrin müalicəsinə yönəldiləcək
- ABŞ-Kanada danışıqları ticarət münasibətlərində hansı dəyişikliklərə yol aça bilər? - Baku TV
- Sülh sazişindən sonra Rusiya ilə iqtisadi münasibətlər necə dəyişəcək? - Baku TV CANLI
- Tehran seçkilərdən sonra gərginliyin artacağını gözləyir
