Pleyeri seçin:

ABŞ və İsrail bu məsələdə razılaşıb | Qəzzanın bombalanmasının əsas səbəbləri

25 mart 2025 387 baxış

“İsrail Qəzza zolağında genişmiqyaslı quru əməliyyatı planlaşdırır”.

Bu məlumatı “The Wall Street Journal” mənbələrə istinadən yayıb.

Nəşrin yazdığına görə, İsrail rəhbərliyi hesab edir ki, Fələstin anklavının əhəmiyyətli hissəsinin ələ keçirilməsi və nəzarətdə saxlanması ona radikal HƏMAS hərəkatı üzərində yekun qələbəyə nail olmağa imkan verəcək.

İsrailin Baş naziri Benyamin Netanyahu və onun yaxın ətrafı hesab edir ki, Amerikanın yeni administrasiyasının dəstəyi və Livanda şiə “Hizbullah” təşkilatının zəifləməsi ilə İsrail ordusu bu cür hərbi əməliyyatlar keçirmək üçün kifayət qədər imkanlara malikdir. Həqiqətən də mövcud geosiyasi vəziyyət İsrailə əməliyyatı uğurlu şəkildə keçirməyə imkan verir.

İlk növbədə, İsrail öncədən keçirdiyi əməliyyatda HƏMAS və “Hizbullah” komandınlıqlarını sıradan çıxarıb. Hazırda hər iki təşkilat olduqca zəifdir və onların müqavimət gücü yox dərəcəsindədir. İkincisi, ABŞ-də Donald Trampın hakimiyyətə gəlməsi Benyamin Netanyahu hökumətinə Yaxın Şərqdə sərbəst hərəkət imkanı verir. Co Baydendən fərqli olaraq, yeni administrasiya İsraili qeyd-şərtsiz dəstəkləyir və onun bütün hərəkətlərinə haqq qazandırır.

Üçüncü bir məsələ isə Trampın İrana qarşı sərt mövqe nümayiş etdirməsidir. ABŞ İrana nüvə problemi ilə yanaşı, Yaxın Şərqdəki proksi qüvvələrinə yardım məsələsində də təzyiqlər edir. Məsud Pezeşkian hökuməti daxildəki bütün etirazlara baxmayaraq, ABŞ ilə toqquşmada maraqlı deyil. Buna görə da maksimum şəkildə Trampı qıcıqlandıracaq davranışlardan qaçmağa çalışır.

İsraili rahatladan digər önəmli bir məqam isə Suriyada Əsəd rejiminin çökməsidir. İran məhz Suriya vasitəsi ilə HƏMAS və “Hizbullah”a silah təchizatını həyata keçirirdi. İndi Tehranın bu yolu kəsildiyi üçün Netanyahu hökuməti vəziyyətdən istifadə etməyə çalışır.

İsrailə hazırda problem yaradan əsas qüvvə husilərdir. Ehtimal ki, ABŞ yaxın zamanda husilərə qarşı yeni əməliyyatlara start verəcək.

İsrailin növbəti əməliyyatı həyata keçirməkdə əsas məqsədi HƏMAS və “Hizbullah”ı bitirməkdirsə, digər məsələ Qəzzadan insanların köçməsini təmin etməkdir.

Qəzzanın boşalması, insanların qonşu ölkələrə köç etməsi hazırda ABŞ və İsrailin əsas məqsədidir. Bununla bölgənin tamamilə sökülməsi, daha sonra onların yerində yeni yaşayış məskənlərin salınması və burda yəhudilərin yerləşdirilməsi, bununla da Qəzzanın İsrailə birləşdirilməsi Trampın hazırladığı planın tərkib hissəsidir.

Bütün bunlara görə yaxın zamanda Qəzzadan Misir və İordaniyaya kütləvi köçün yaşanması istisna edilmir.

Banner
Vaşinqton həm müharibəyə, həm də sülhə hazırlaşır?

Vaşinqton həm müharibəyə, həm də sülhə hazırlaşır?

Dünya
28 oktyabr 2026 387 baxış
ABŞ-İran qarşıdurmasında sülh ehtimalı nə qədər realdır? - Baku TV

ABŞ-İran qarşıdurmasında sülh ehtimalı nə qədər realdır? - Baku TV

Dünya
28 oktyabr 2026 387 baxış
İtaliyanın Ukraynaya növbəti yardım paketi ilə bağlı qərarı niyə gecikir? - Baku TV CANLI

İtaliyanın Ukraynaya növbəti yardım paketi ilə bağlı qərarı niyə gecikir? - Baku TV CANLI

Dünya
28 oktyabr 2026 387 baxış
Bu, həvəskar astronomun sayca səkkizinci kəşfidir

Bu, həvəskar astronomun sayca səkkizinci kəşfidir

Dünya
28 oktyabr 2026 387 baxış
Netanyahudan sonra nə baş verəcək: İran və Türkiyə üçün yeni ssenari? - AKTUAL GÜNDƏM

Netanyahudan sonra nə baş verəcək: İran və Türkiyə üçün yeni ssenari? - AKTUAL GÜNDƏM

Dünya
28 oktyabr 2026 387 baxış
Yaxın Şərqdə hərbi gərginlik pik həddə çatacaq? - Baku TV CANLI

Yaxın Şərqdə hərbi gərginlik pik həddə çatacaq? - Baku TV CANLI

Dünya
28 oktyabr 2026 387 baxış
Hindistanda qasırğa təhlükəsi ilə əlaqədar 180 mindən çox insan təxliyə edildi - Baku TV CANLI

Hindistanda qasırğa təhlükəsi ilə əlaqədar 180 mindən çox insan təxliyə edildi - Baku TV CANLI

Dünya
28 oktyabr 2026 387 baxış
Hakim koalisiya Knessetdə çoxluğu əldə edə bilmir

Hakim koalisiya Knessetdə çoxluğu əldə edə bilmir

Dünya
28 oktyabr 2026 387 baxış
Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Dünya
28 oktyabr 2026 387 baxış
Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Dünya
28 oktyabr 2026 387 baxış
Seçilmişlər
icon