Pleyeri seçin:

ABŞ və İsrail məqsədinə çatdı? | Münaqişənin bir ayı tamamlandı

30 mart 2026 467 baxış

ABŞ və İsrailin İrana qarşı başladığı müharibənin bütün tərəflər üçün nəzarətdən çıxmaq həddinə yaxınlaşdığı və eskalasiyanın qlobal iqtisadiyyata risk yaratdığı bildirilib.

Bu barədə Çin nəşri "Global Times" qəzetinin redaksiya məqaləsində qeyd olunub.

Məqalədə bildirilir ki, ABŞ və İsrailin fevralın 28-dən İrana qarşı başladığı hərbi zərbələrdən artıq bir ay keçir.

Nəşrin fikrincə, qarşıya qoyulan məqsədlərə tam nail olunmayıb və münaqişə tədricən nəzarətdən çıxmaq həddinə yaxınlaşıb.

Qəzet yazır ki, bu qarşıdurmanın geopolitikaya və qlobal nizamın formalaşmasına təsiri artıq hiss olunur. Qeyd olunur ki, ABŞ hökuməti əvvəlcə müharibənin 4-5 həftə davam edəcəyini proqnozlaşdırmışdı, lakin hadisələrin gedişi bunun əksini göstərir.

Nəşrin yazdığına görə, müasir müharibələr başladıqdan sonra onları əvvəlcədən planlaşdırılan ssenari üzrə dayandırmaq çox çətindir və sürətli qələbə əldə etmək cəhdləri uğursuz ola bilər.

"Global Times" həmçinin vurğulayır ki, münaqişə artıq enerji böhranına səbəb olub, tədarük zəncirlərini pozub və dünyada iqtisadi qeyri-müəyyənliyi artırıb. Eskalasiyanın davam etməsi qlobal resessiya riskini də yüksəldə bilər.

Qəzet əlavə edir ki, hazırda ən narahatedici məqamlardan biri zərbələrin yalnız hərbi obyektlərlə məhdudlaşmamasıdır. Bildirilir ki, bəzi hallarda neft emalı zavodları, elektrik stansiyaları və digər mülki infrastruktur obyektləri də hədəfə çevrilir ki, bu da humanitar nəticələri daha ağırlaşdıra bilər.

Bununla yanaşı, nəşr qeyd edir ki, vəziyyət qeyri-müəyyən olsa da, eskalasiyanın azaldılması üçün müəyyən imkanlar mövcuddur. Qəzet tərəfləri təmkinli davranmağa, qarşıdurmanı dərinləşdirməməyə və danışıqlar üçün yaranan imkanları itirməməyə çağırır.

Banner
Yeni asteroid həvəskar astronomun sayca səkkizinci kəşfi olub

Yeni asteroid həvəskar astronomun sayca səkkizinci kəşfi olub

Dünya
28 oktyabr 2026 467 baxış
Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Dünya
28 oktyabr 2026 467 baxış
Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Dünya
28 oktyabr 2026 467 baxış
Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Dünya
28 oktyabr 2026 467 baxış
Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Dünya
28 oktyabr 2026 467 baxış
Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dünya
28 oktyabr 2026 467 baxış
Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Dünya
28 oktyabr 2026 467 baxış
İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV

İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV

Dünya
28 oktyabr 2026 467 baxış
Özəl sektorda gizli kəşfiyyat | Pentaqon nə planlaşdırır? - Baku TV

Özəl sektorda gizli kəşfiyyat | Pentaqon nə planlaşdırır? - Baku TV

Dünya
28 oktyabr 2026 467 baxış
Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI

Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI

Dünya
28 oktyabr 2026 467 baxış
Seçilmişlər
icon