ABŞ və NATO üçün “görünməz təhlükə” | Rusiyanın nüvə sualtı qayığının özəllikləri
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiyanın 885M “Yasen-M” çoxməqsədli nüvə sualtı qayıqları ABŞ Hərbi Dəniz Qüvvələrinin sualtı qayıqlarını yaxın məsafədən vurmağa qadirdir.
Bu barədə “National Interest” yazır.
İzah edilir ki, “Yasen-M” düşmənin sualtı qayıqlar və gəmiləri ilə döyüşmək üçün nəzərdə tutulub. Bunun üçün o 533 mm-lik torpedalarla silahlanıb. Bundan əlavə, o “Kalibr” və “Oniks” qanadlı raketlərini, həmçinin “Zirkon” aşkar edilməyən hipersəs kompleksini yerləşdirə bilən 40-a qədər buraxılış konteyneri ilə təchiz edilib.
“Bu gəmi Rusiyanın indiyə qədər istehsal etdiyi ən yaxşı qayıqlardan biridir. O böyük atəş gücü, sürət, dözümlülük və gizliliyi birləşdirir. Amerika donanması “Yasen-M”ə uduzur”, – deyə nəşr qeyd edib.
Müəllif NATO donanmasının da zəif olduğunu əlavə edib.
Qeyd edək ki, dekabrın 27-də 885M sualtı qayığı Arxangelsk Rusiya Hərbi Dəniz Qüvvələrinə daxil edilib.
#ABŞ teqi istifadə olunub
- Munirin səfəri | Tehrandakı görüşdə hansı məsələlər müzakirə olunacaq? - Baku TV
- Müsadirə edilən neftin gəlirləri "Kəpənək xəstəliyi" olan xəstələrin müalicəsinə yönəldiləcək
- ABŞ-Kanada danışıqları ticarət münasibətlərində hansı dəyişikliklərə yol aça bilər? - Baku TV
- Sülh sazişindən sonra Rusiya ilə iqtisadi münasibətlər necə dəyişəcək? - Baku TV CANLI
- Tehran seçkilərdən sonra gərginliyin artacağını gözləyir
