ABŞ və Rusiya hərbçiləri arasında dialoq bərpa olunur
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ, Rusiya və Ukrayna nümayəndə heyətləri Rusiya-Ukrayna münaqişəsinin nizamlanması üzrə məsləhətləşmələri yaxın həftələrdə davam etdirməyi planlaşdırır, Moskva və Vaşinqton hərbçiləri arasında dialoqun bərpası isə sülhün əldə olunması və saxlanması üçün həlledici əhəmiyyət kəsb edir.
Bu barədə ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff "X" sosial şəbəkəsində yazıb.
Onun sözlərinə görə, nümayəndə heyətləri Əbu-Dabidəki danışıqların nəticələri barədə öz ölkələrinə hesabat vermək və yaxın həftələrdə üçtərəfli müzakirələri davam etdirmək barədə razılığa gəlib.
Eyni zamanda o qeyd edib ki, Vaşinqton və Moskva ABŞ-nin Avropa komandanlığının rəhbəri general Aleksus Qrinkeviçin nəzarəti altında hərbçilər arasında dialoq qurmaq barədə razılığa gəlib.
"Bu əlaqə kanalı münaqişə başlamazdan əvvəl dayandırılıb və sülhün əldə olunması, qorunması üçün həlledici əhəmiyyət kəsb edir", – deyə Uitkoff vurğulayıb.
Diplomat həmçinin bildirib ki, ABŞ, Rusiya və Ukrayna nümayəndə heyətləri Əbu-Dabidəki məsləhətləşmələr zamanı döyüş əməliyyatlarının dayandırılması yollarını və atəşkəsə nəzarət mexanizmini müzakirə ediblər.
#Rusiya-Ukrayna müharibəsi teqi istifadə olunub
- Sanksiyalarla yanaşı, diplomatik təmaslar | Avropa təzyiq və dialoqu uzlaşdıra biləcəkmi? - Baku TV
- Strateji Cənub körpüsü vuruldu | Kiyevdə gecə saatlarında güclü partlayışlar - Baku TV
- Skandinaviyadan Moskvaya vacib zəng | Avropada müharibə bitir? - ƏSAS XƏBƏR
- Rusiya-Ukrayna müharibəsi nə vaxt dayandırılacaq? - Baku TV CANLI
- Ukraynalılardan Qərbin yeni vədinə reaksiya - Baku TV
