ABŞ və üç Avropa ölkəsinin hazırladığı qətnamə Tehranı qane etmir
Yeniliklərdən dərhal xəbərdar olun
"ABŞ və üç Avropa ölkəsinin İrana qarşı hazırladığı qətnamə layihəsi hərbi cinayətlərin silinməsi cəhdidir".
Bunu İranın xarici işlər nazirinin müavini Kazım Qəribabadi "X" sosial şəbəkə hesabında paylaşıb.
"İsrail və ABŞ-nin İranın nüvə obyektlərinə hücumları yoxlama fəaliyyətlərini dayandırıb və təhlükəsizlik səbəbindən Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin müfəttişləri İrandan çıxmalı olublar. ABŞ öz qeyri-qanuni hücumunun nəticələrini İrana qarşı bir dosyeyə çevirmək istəyir", – deyə o bildirib.
K.Qəribabadinin sözlərinə görə, təminat altındakı obyektlər hədəfə alınıb, nüvə təhlükəsizliyi və yoxlama imkanı pozulub.
"Sonra isə bütün bunlar İrana təzyiq göstərmək üçün istifadə edilir", – deyə o, sözlərinə əlavə edib.
#ABŞ-İran müharibəsi teqi istifadə olunub
- Bir saat ərzində həyata keçirilə bilər | Trampdan açıq mesaj
- Tehran Vaşinqtonla danışıqlara etimadsızlığını ifadə edir
- ABŞ-nin İranın strateji adasına zərbə endirdiyi bildirilir
- Tehranın nüvə proqramı və dondurulmuş aktivləri müzakirə olunur
- Zelenski Putinlə danışmaqdan niyə imtina etdi? | İran uzun savaşa hazırdır? - YENİ BİR SƏHƏR
