Pleyeri seçin:

ABŞ Vinniklə bağlı qərar verdi | Vəkildən qələbə açıqlaması

15 fevral 2025 217 baxış

"ABŞ-də həbsdə olan və ötən gecə ölkəsinə təhvil verilən Rusiya vətəndaşı Aleksandr Vinnikin üzərindən ABŞ-də bütün ittihamlar götürülüb".

Bu barədə onun vəkili Arkadi Bux məlumat verib.

"Cinayət işinə xitam verilib və müvəkkilimiz həbsdən azad edilib. Hazırda cənab Vinnik heç bir cinayət qeydi olmayan şəxs hesab olunur və bu, ABŞ məhkəmə sənədləri ilə təsdiqlənib", – deyə Bux bildirib.

Vəkil onu da əlavə edib ki, ittihamlar götürüldükdən sonra Aleksandr Vinnikə ABŞ-nin cinayət sistemində "təmiz səhifə" açılıb və indi o, sərbəst şəkildə, o cümlədən də Avropaya səyahət etmək imkanı əldə edib.

ABŞ qanunlarına görə, üzərindən ittihamlar götürülən şəxs heç vaxt həbs olunmadığını söyləmək hüququna malikdir və sərhədçilərin Vinniki cinayət keçmişinə görə dayandırmaq üçün əsasları yoxdur.

Bütün sənədlər, o cümlədən işin bağlanması, onun azadlığa buraxılması barədə qərar məxfilikdən çıxarılıb və ictimaiyyət üçün açıqdır.

"ABŞ-yə ekstradisiya edilmiş şəxs illərlə həbsdə yatıb, lakin heç bir cinayət qeydi olmadan, tam təmiz reputasiya ilə vətənə qayıtmağı bacarıb. Müştərimiz ABŞ-də təmizdir, ittihamlar götürülüb, bu, nadir haldır.

Bu gün cənab Vinnikin rəsmi rekordu cinayət keçmişinin olmamasıdır, yəni o, istənilən lisenziyalar, müxtəlif ölkələrə vizalar üçün müraciət edə bilər və imtina üçün heç bir əsas olmamalıdır", – deyə Bux qeyd edib.

Vəkil bu hadisənin böyük qələbə olduğunu vurğulayıb.

Xatırladaq ki, Aleksandr Vinnik Rusiyaya qayıdıb. O, 2017-ci ilin yayında ABŞ-nin sorğusu əsasında Yunanıstanda həbs edilib. 2022-ci ildə Vinnik ABŞ-yə ekstradisiya olunub.

Banner
Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Dünya
28 oktyabr 2026 217 baxış
Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Dünya
28 oktyabr 2026 217 baxış
Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Dünya
28 oktyabr 2026 217 baxış
Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Dünya
28 oktyabr 2026 217 baxış
Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dünya
28 oktyabr 2026 217 baxış
Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Dünya
28 oktyabr 2026 217 baxış
İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV

İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV

Dünya
28 oktyabr 2026 217 baxış
Özəl sektorda gizli kəşfiyyat | Pentaqon nə planlaşdırır? - Baku TV

Özəl sektorda gizli kəşfiyyat | Pentaqon nə planlaşdırır? - Baku TV

Dünya
28 oktyabr 2026 217 baxış
Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI

Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI

Dünya
28 oktyabr 2026 217 baxış
Sanksiyalarla yanaşı, diplomatik təmaslar | Avropa təzyiq və dialoqu uzlaşdıra biləcəkmi? - Baku TV

Sanksiyalarla yanaşı, diplomatik təmaslar | Avropa təzyiq və dialoqu uzlaşdıra biləcəkmi? - Baku TV

Dünya
28 oktyabr 2026 217 baxış
Seçilmişlər
icon