ABŞ Yaxın Şərqə niyə silah-sursat daşıyır? | Pentaqondan açıqlama
Yeniliklərdən dərhal xəbərdar olun
Yaxın Şərqdə hökm sürən gərginliyin fonunda, ABŞ regiona əlavə hərbi resurslar daşıyır.
Ölkənin Müdafiə Nazirliyi Təl-Əvivin təhlükəsizliyinə dəstəyi artırmaq məqsədi ilə bölgəyə əlavə döyüş təyyarələri və gəmilər göndəriləcəyini açıqlayıb.
Pentaqonun açıqlamasına görə, bölgəyə əlavə döyüş təyyarəsi eskadronu, ballistik raketləri vura bilən Hərbi Dəniz Qüvvələrinin kreyserləri və təyyarədaşıyan gəmilər göndəriləcək.
Bundan əlavə, ABŞ Hərbi Hava Qüvvələrinin gizli F-22 qırıcı eskadronu da göndərilən hərbi texnikanın siyahısına daxildir.
Eyni zamanda ballistik raketdən müdafiə qabiliyyətinə malik əlavə kreyserlər və esmineslərin də göndərilməsi planlaşdırılır. Həmçinin ABŞ-nin köməyi ilə İsrailin quruda ballistik raketdən müdafiə imkanları da artırılacaq.
Hərbi sursatların artırılması həm də ABŞ-nin regional müharibədən qaçmaq üçün son cəhdi kimi də qiymətləndirilə bilər. İsrailin ən böyük dəstəkçisi kimi tanınan Vaşinqton İranın potensial hücumu baş tutarsa, bu dəfə də Təl-Əvivin yanında olacağını açıqlayıb.
#ABŞ teqi istifadə olunub
- Munirin səfəri | Tehrandakı görüşdə hansı məsələlər müzakirə olunacaq? - Baku TV
- Müsadirə edilən neftin gəlirləri "Kəpənək xəstəliyi" olan xəstələrin müalicəsinə yönəldiləcək
- ABŞ-Kanada danışıqları ticarət münasibətlərində hansı dəyişikliklərə yol aça bilər? - Baku TV
- Sülh sazişindən sonra Rusiya ilə iqtisadi münasibətlər necə dəyişəcək? - Baku TV CANLI
- Tehran seçkilərdən sonra gərginliyin artacağını gözləyir
