ABŞ Yaxın Şərqə yeni qüvvələri nə məqsədlə gətirir? - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
İran rəhbərliyi ABŞ-nin danışıqlarla bağlı təklifinin tələ ola biləcəyini düşünür.
Bu barədə “Axios” portalı mənbələrə istinadla məlumat yayıb.
Bildirilir ki, Tehran tərəfi ABŞ-nin Yaxın Şərqə əlavə hərbi qüvvələr göndərməsini narahatlıqla qarşılayır.
Məlumata görə, İran nümayəndələri Pakistan, Misir və Türkiyədən olan vasitəçilərə bildiriblər ki, ABŞ hərbçilərinin regiona yerləşdirilməsi onların şübhələrini daha da artırıb və sülh danışıqları təklifinin tələ ola biləcəyini düşünürlər.
Qeyd olunur ki, İran tərəfi əvvəlki danışıqlar zamanı hücumların baş verdiyini xatırladaraq yenidən aldadılmaq istəmədiyini vurğulayıb.
Xəbərdə bildirilir ki, ABŞ-nin təqdim etdiyi 15 maddəlik plan danışıqlar üçün əsas kimi nəzərdən keçirilir. Vaşinqton bu vasitə ilə Tehranın hansı güzəştlərə hazır olduğunu müəyyənləşdirmək istəyir.
Mənbənin sözlərinə görə, ABŞ Administrasiyası eyni zamanda İrana qarşı əməliyyatın quru mərhələsinə keçid imkanını da nəzərdən keçirir, lakin bu barədə yekun qərar verilməyib.
#Sülh danışıqları teqi istifadə olunub
- Rusiya-Ukrayna müharibəsi nə vaxt dayandırılacaq? - Baku TV CANLI
- Bakı ilə İrəvan arasında ticarət rəqəmləri | Tehrandan Vaşinqtona 7 günlük təklif - YENİ BİR SƏHƏR
- “Azərbaycana qarşı müharibə başlasa...” | Paşinyan niyə məhz indi sülhə tələsir? - Baku TV
- Barışın qarşısında hansı maneələr var?
- Sülh danışıqları ilə paralel neft masasında hansı plan müzakirə olunur? - Baku TV CANLI
