Ağ Ev rəhbəri gələcək planları haqqında danışdı
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ Prezidenti Donald Tramp vitse-prezident Ceyms Devid Vens və dövlət katibi Marko Rubionun özünün mümkün varisləri ola biləcəyini bildirib.
O bu barədə “NBC News” telekanalına verdiyi müsahibəsində söyləyib.
Donald Tramp əlavə edib ki, tərəfdarları onu müntəzəm olaraq gələcəkdə üçüncü müddətə namizədliyini irəli sürməyə dilə tuturlar, lakin o, bunu etmək niyyətində deyil.
O, üçüncü dəfə prezidentliyə namizədliyini irəli sürməyi planlaşdırmadığını söyləyib.
“Tramp 2028” papaqları satan adamlar var. Amma mən bunu etmək istəmirəm. Mən gözəl dörd il keçirmək niyyətindəyəm. Dörd il böyük işlər görmək üçün yaxşı vaxtdır. Sonra bu işi daha da irəliyə aparacaq respublikaçıya təhvil vermək arzusundayam”, ‒ deyə Ağ Evin rəhbəri qeyd edib.
#ABŞ teqi istifadə olunub
- Munirin səfəri | Tehrandakı görüşdə hansı məsələlər müzakirə olunacaq? - Baku TV
- Müsadirə edilən neftin gəlirləri "Kəpənək xəstəliyi" olan xəstələrin müalicəsinə yönəldiləcək
- ABŞ-Kanada danışıqları ticarət münasibətlərində hansı dəyişikliklərə yol aça bilər? - Baku TV
- Sülh sazişindən sonra Rusiya ilə iqtisadi münasibətlər necə dəyişəcək? - Baku TV CANLI
- Tehran seçkilərdən sonra gərginliyin artacağını gözləyir
