Pleyeri seçin:

Ağ Ev yanıldıcı və qərəzli xəbərləri dərc edən KİV-ləri belə ifşa edəcək

01 dekabr 2025 344 baxış

ABŞ Prezident administrasiyası rəsmi saytda “Media Offender of the Week” (“Həftənin media təqsirkarı”) adlı yeni bölmə istifadəyə verib. Bölmənin məqsədi Ağ Evə görə “yanıldıcı və qərəzli” xəbərləri dərc edən KİV-ləri ictimai şəkildə göstərməkdir.

Bu barədə “Newsweek” nəşri məlumat yayıb.

Qeyd edilən bölmədə CNN, MSNBC, “The Washington Post”, “CBS News” kimi aparıcı media qurumlarının yer aldığı “Utanc zalı” (“Hall of Shame”) yaradılıb.

Ağ Evin mətbuat katibi Kerolayn Livitt açıqlayıb ki, platformada “yalan”, “qərəz”, “jurnalistikanın yanlışlığı” və “solçu çılğınlıq” kimi kateqoriyalara bölünən nümunələr toplanacaq. Bu addım Prezident Donald Trampın əsas media qurumlarını “fake news” adlandırması ilə tanınan uzunmüddətli kampaniyasının ilk dəfə rəsmi səviyyəyə daşınması kimi qiymətləndirilir.

Sahənin təqdimatı D.Trampın jurnalistlərlə sərt davranışları fonunda gəlib. Xüsusilə 14 noyabrda “Bloomberg” müxbirini “sakit ol, donuz” sözləri ilə susdurması böyük rezonans doğurmuşdu.

Media azadlığı və Ağ Ev – mətbuat münasibətlərinin gələcəyi ilə bağlı narahatlıqlar artır.

Sayt bu həftə D.Trampın qanunsuz əmrə tabe olmamağa çağıran altı demokrat siyasətçiyə yönəlmiş reaksiyasının mediada yanlış təqdim olunduğunu iddia edir.

D.Tramp “Truth Social” paylaşımında onları “SEDITION – ölüm cəzası ilə cəzalandırılır” ifadəsi ilə tənqid etmiş, daha sonra “HANG THEM” yazılan şərhi repost etmişdi. Media bunu “edam çağırışı” kimi təqdim edib.

Ağ Ev isə bildirir Prezident D.Tramp heç vaxt qanunsuz əmr verməyib. O, orduda üsyanı təşviq etməyin məsuliyyətə cəlb edilməsini tələb edib.

Saytda “müntəzəm pozucular” kimi göstərilən KİV-lər siyahısında “The New York Times”, “Axios”, “Politico”, “ABC News”, “The Hill”, “The Associated Press”, “The Wall Street Journal” yer alır.

Banner
Yeni asteroid həvəskar astronomun sayca səkkizinci kəşfi olub

Yeni asteroid həvəskar astronomun sayca səkkizinci kəşfi olub

Dünya
28 oktyabr 2026 344 baxış
Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Dünya
28 oktyabr 2026 344 baxış
Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Dünya
28 oktyabr 2026 344 baxış
Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Dünya
28 oktyabr 2026 344 baxış
Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Dünya
28 oktyabr 2026 344 baxış
Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dünya
28 oktyabr 2026 344 baxış
Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Dünya
28 oktyabr 2026 344 baxış
İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV

İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV

Dünya
28 oktyabr 2026 344 baxış
Özəl sektorda gizli kəşfiyyat | Pentaqon nə planlaşdırır? - Baku TV

Özəl sektorda gizli kəşfiyyat | Pentaqon nə planlaşdırır? - Baku TV

Dünya
28 oktyabr 2026 344 baxış
Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI

Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI

Dünya
28 oktyabr 2026 344 baxış
Seçilmişlər
icon