Ağ Evdəki görüşümüz planlaşdırdığımız kimi olmadı | Zelenskidən vacib açıqlama
Yeniliklərdən dərhal xəbərdar olun
Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevin davamlı sülhə nail olmaq üçün mümkün qədər tez danışıqlar masasına oturmağa çalışdığını bildirib.
O bu barədə “X”də yazıb.
“Heç kim sülhü Ukrayna xalqından daha çox istəmir. Davamlı sülhə nail olmaq üçün mən və komandam Prezident Trampın güclü rəhbərliyi altında işləməyə hazırıq. Müharibəyə son qoymaq üçün bunu tez bir vaxtda reallaşdırmalıyıq”, – deyə Zelenski vurğulayıb.
Ukrayna lideri münaqişənin həlli üçün ilk mümkün addımları qeyd edib:
“Girovların azad edilməsi, dənizdə və səmada atəşkəs ola bilər, bu da raketlərin, uzaqmənzilli dronların istifadəsinin, enerji və mülki infrastruktura zərbələrin qadağan edilməsini nəzərdə tutur. Rusiyanın da eyni addımı atacağı təqdirdə dənizdə hərbi əməliyyatların dayandırılması mümkündür”.
“Cümə günü Vaşinqtonda, Ağ Evdəki görüşümüz planlaşdırıldığı kimi olmadı. Təəssüf ki, belə alındı, bu, üzücü idi. İşləri düzəltmək vaxtıdır. Heç birimizin sonsuz müharibə istəmirik. İstərdik ki, gələcək əməkdaşlıq və kommunikasiyalar konstruktiv olsun. Minerallar və təhlükəsizlik üzrə sazişə gəlincə, Ukrayna onu istənilən vaxt və istənilən əlverişli formatda imzalamağa hazırdır. Biz bu sazişi təhlükəsizliyin möhkəmləndirilməsi və etibarlı təhlükəsizlik təminatlarının gücləndirilməsi istiqamətində bir addım hesab edirik”, – deyə Zelenski yazıb.
#ABŞ teqi istifadə olunub
- Yaxın Şərqdə hərbi gərginlik pik həddə çatacaq? - Baku TV CANLI
- Munirin səfəri | Tehrandakı görüşdə hansı məsələlər müzakirə olunacaq? - Baku TV
- Müsadirə edilən neftin gəlirləri "Kəpənək xəstəliyi" olan xəstələrin müalicəsinə yönəldiləcək
- ABŞ-Kanada danışıqları ticarət münasibətlərində hansı dəyişikliklərə yol aça bilər? - Baku TV
- Sülh sazişindən sonra Rusiya ilə iqtisadi münasibətlər necə dəyişəcək? - Baku TV CANLI
