Agentlik əməkdaşlarına vacib tapşırıq verildi | ABŞ-də nə baş verir?
Yeniliklərdən dərhal xəbərdar olun
USAID-in Vaşinqtondakı baş qərargahı fəaliyyətini dayandırıb.
Bu barədə yerli mediada məlumat verilib. Xəbərə əsasən, Agentliyin Vaşinqtonda yerləşən baş qərargahı ABŞ Administrasiyasının qərarı ilə bağlanıb.
Məlumata görə, USAID-ə aid lövhə Vaşinqtonda Ronald Reyqan binasında yerləşən qərargahdan götürülüb. Məlum hadisədən sonra Agentliyin əməkdaşlarına qərargahdan kənarda qalmaları tapşırılıb.
USAID əməkdaşları bildiriblər ki, onlara binaya yaxın gəlməmək barədə kütləvi elektron məktub da göndərilib. 600 agentlik işçisinin hər birinin kompüterlərində yoxlamalara başlanılıb.
Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp fevral ayının 2-də jurnalistlər üçün təşkil olunan növbəti brifinqdə USAID-in idarə heyətini tənqid edərək bildirib ki, bu təşkilatı “radikal dəlilər” idarə edir.
ABŞ Dövlət İdarəetməsinin Səmərəliliyi Departamentinin rəhbəri İlon Mask isə sosial şəbəkə hesabında qurumun fəaliyyətini qurd basmış alma kimi deyil, qurd topu kimi qiymətləndirib.
#ABŞ teqi istifadə olunub
- Munirin səfəri | Tehrandakı görüşdə hansı məsələlər müzakirə olunacaq? - Baku TV
- Müsadirə edilən neftin gəlirləri "Kəpənək xəstəliyi" olan xəstələrin müalicəsinə yönəldiləcək
- ABŞ-Kanada danışıqları ticarət münasibətlərində hansı dəyişikliklərə yol aça bilər? - Baku TV
- Sülh sazişindən sonra Rusiya ilə iqtisadi münasibətlər necə dəyişəcək? - Baku TV CANLI
- Tehran seçkilərdən sonra gərginliyin artacağını gözləyir
