Ağıllı nəqliyyat sisteminin üstünlükləri | Çin hansı ölkələrlə əməkdaşlıq edir?
Yeniliklərdən dərhal xəbərdar olun
Çində ölkə üzrə 50-dən çox şəhərdə təhlükəsiz yol üçün sınaq işləri aparılır. Təxminən 10 000 kilometr uzunluğundakı yollarda ağıllı təkmilləşdirmə işləri görülür.
Yeniliklər yol hərəkətində təhlükəsizliyi və sığorta qanunlarına yenidən baxmağı labüd edir. Tələblərdən biri də yüksək səviyyəli avtonom idarəetmə üçün tənzimləyici bazanın yaradılmasıdır.
Bununla yanaşı, funksional təhlükəsizlik, kibertəhlükəsizlik və məlumatların təhlükəsizliyi üçün standartların formalaşdırılması sürətləndirilir.
Çin çiplər, sensorlar, hesablama platformaları, şassilərə nəzarəti və internet əsaslı bulud nəzarətini əhatə edən tam ağıllı nəqliyyat sistemi üçün baza yaradıldığını elan edib.
Ölkənin insan-maşın qarşılıqlı əlaqəsi kimi texnologiyaları qlobal miqyasda lider mövqedədir. Sükan və aktiv asma sistemlərində irəliləyişlər müasir yollara uyğunlaşdırılır. Ağıllı nəqliyyat sistemlərinin ağıllı şəhərlərlə inteqrasiyası sürətləndirilib.
Çində ağıllı nəqliyyat sistemi sektorunda unikal və yeni məhsullar istehsal etmək üçün xüsusi mürəkkəb texnologiyalardan istifadə edilir. Bununla 400-ə yaxın müəssisə məşğul olur. Onlardan beşi qlobal onluqda yer alıb.
Çin avtonom sürücülük üçün qaydalar hazırlamaq məqsədilə Avropa, Yaponiya və ABŞ ilə əməkdaşlıq edir.
#Çin teqi istifadə olunub
- Pekində fəlakət bölgəsində xilasetmə və bərpa işləri gücləndirilir
- H2-X avtomobil qaldırır, mürəkkəb hərəkətlər edir
- 3690 metr uzunluğundakı tras meşəlik dərələrdən keçir
- Çində baş tutacağı gözlənilən üçtərəfli görüş müsbət nəticələnə bilərmi? - ƏSAS XƏBƏR
- ABŞ-nin Mərkəzi Asiya planında Azərbaycana hansı rol ayrılır? - AKTUAL GÜNDƏM
