Ağır döyüşlər necə nəticələndi? - Livanın aqibəti barədə təcili məlumat
Yeniliklərdən dərhal xəbərdar olun
2023-cü il HƏMAS yaraqlılarının İsrail ərazisinə bəlli hücumuna dəstək verən Livanda rəsmi qərərgah quran “Hizbullah” öz başını da sözün əsl mənasında dərdə salıb.
Belə ki, “biz seonist rejiminin əleyhinəyik” deməklə Rəsmi Beyrutla Təl-Əviv arasında gərginlik yenidən alovlandı. İsrailin “Hizbullah”a cavabı isə əraziyə quru qoşunlarını yeritməklə reallaşdı.
Bəs SAXAL hərbçiləri hansı əraziləri nəzarətə götürdü? Bir zamanlar Livan bayrağının dalğalandığı hansı bölgələrdə İsrail bayrağı qaldırıldı?
Livanın cənubunda gedən şiddətli müharibələr isə İsrail Ordusunun xeyrinə, Livanın isə Adaisseh, Kafr Kila, Marun ər-Ras və Yarounda yerləşən hərbi bazalarını itirməklə yekunlaşdı.
Amma buna baxmayaraq, Litani çayı ətrafında nə SAXAL hərbçiləri qərarlaşa bilir, nə də “Hizbullah” yaraqlıları həmin ərazidə möhkəmlənməyə cürət edir.
Sözügedən hövzənin ətrafına son bir ayda dəfələrlə raket zərbələri endirən İsrail hərbi hava qüvvələri yerli sakinlərə də xəbərdarlıq edib. Bildirib ki, çayın ətrafında yerləşən evlərinizi tərk edin, “Hizbullah” istehkamları vurulacaq. Vuruldu da. Bu zərbənin ardından Livanın şimalına girən İsrail quru qoşunlarının hərbçiləri tam əraziyə nəzarət əldə edə bilməsə də, ətraf kəndlərdə möhkəmlənə bildi. Bəlli hücumun ardından isə “Hizbullah” liderləri bir-birinin ardınca zərərsizləşdirildi.
Hazırda Livanda hökm sürən xaosun sonunu və bu ölkənin xəritədəki aqibətinin nə olacağını zaman göstərəcək.
#İsrail teqi istifadə olunub
- Netanyahudan sonra nə baş verəcək: İran və Türkiyə üçün yeni ssenari? - AKTUAL GÜNDƏM
- Hakim koalisiya Knessetdə çoxluğu əldə edə bilmir
- İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV
- Texnologiya, turizm və canlı gecə həyatı ilə seçilən Təl-Əviv İsrailin maliyyə mərkəzi sayılır
- "Səbrimizi sınamayın, elə hücum edərik ki..." | İran İsraildəki seçkilərə müdaxilə edəcək? - Baku TV
