Aİ-dən sərt açıqlama: "Ukrayna planını biz hazırlamamışıq..."
Yeniliklərdən dərhal xəbərdar olun
Avropa İttifaqı Ukrayna üzrə yeni sülh planının hazırlanmasında iştirak etməyib.
Bu barədə Aİ xarici siyasət rəhbəri Kaya Kallas Brüsseldə xarici işlər nazirlərinin toplantısı öncəsi açıqlama verib.
Kallas bildirib ki, Avropa uzun müddətdir “ədalətli və davamlı sülh” ideyasını müdafiə edir və bu məqsədə yönəlmiş bütün səyləri alqışlayır. Lakin o vurğulayıb ki, hər hansı real və işlək sülh mexanizminin formalaşdırılması üçün Ukraynanın və Avropanın birbaşa iştirakı mütləqdir:
“Biz – avropalılar həmişə ədalətli və davamlı sülhü müdafiə etmişik. Lakin istənilən planın işləməsi üçün onun hazırlanmasında həm Ukrayna, həm də Avropa iştirak etməlidir. Avropa İttifaqı bu planın hazırlanmasında iştirak etməyib”.
Kallas əlavə edib ki, tərəflər Brüsseldə keçirilən görüşdə Ukraynaya dair son məlumatları və diplomatik səyləri geniş şəkildə müzakirə edəcəklər.
#Avropa İttifaqı teqi istifadə olunub
- Sanksiyalarla yanaşı, diplomatik təmaslar | Avropa təzyiq və dialoqu uzlaşdıra biləcəkmi? - Baku TV
- Almaniya kansleri Aİ-nin genişlənməsinin tərəfdarı olduğunu bəyan edib
- Şirkət qeyri-neft sektorunun ixracyönümlü sahələrinə investisiya yatıra bilər - Baku TV
- Fransadakı seçkilər Moskva əleyhinə məhdudiyyətlərə təsir edə bilər
- Brüssel Moskva ilə əlaqələri bərpa edir? - Baku TV CANLI
