Aİ-dən Ukraynaya milyardlıq yardım | Rusiya-Ukrayna müharibəsinin aqibəti necə olacaq?
Yeniliklərdən dərhal xəbərdar olun
Ali Rada bu yaxınlarda Ukrayna ilə ABŞ arasında faydalı qazıntılar haqqında imzalanmış sazişi ratifikasiya edib. 338 xalq deputatı onun “lehinə” səs verib.
“Amerika tərəfi bunu yüksək qiymətləndirir”. Bunu Ağ Ev rəhbəri Donald Tramp jurnalistlərə açıqlamasında deyib.
O həmçinin yaxın vaxtlarda ukraynalı həmkarı Volodimir Zelenski ilə telefon danışığı aparmaq niyyətində olduğunu bəyan edib.
Tramp Rusiya-Ukrayna münaqişəsinin həllində tərəqqinin olduğunu açıqlayıb:
“Stiven Uitkoff Rusiya-Ukrayna münaqişəsinin nizamlanması ilə bağlı davamlı danışıqlar aparır. Onun hər iki ölkə ilə əla münasibətləri var və düşünürəm ki, bizim şansımız var. Əgər münaqişəni dayandırsaq, bu, böyük nailiyyət olacaq. Bu istiqamətdə çox çalışırıq və zənnimcə, uğur əldə edə biləcəyik”.
Tramp əlavə edib ki, böhranın həlli üçün Çin rəhbərliyindən kömək istəyəcək. Bu arada, Avropa İttifaqı Ukraynaya silah istehsalı üçün 1 milyard avro ayrılacaq.
Bu barədə İttifaqın xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas məlumat verib. O əlavə edib ki, Avropa Komissiyası mayın 20-dək Rusiyaya qarşı 17-ci sanksiyalar paketini qəbul etmək niyyətindədir.
#Avropa İttifaqı teqi istifadə olunub
- Sanksiyalarla yanaşı, diplomatik təmaslar | Avropa təzyiq və dialoqu uzlaşdıra biləcəkmi? - Baku TV
- Almaniya kansleri Aİ-nin genişlənməsinin tərəfdarı olduğunu bəyan edib
- Şirkət qeyri-neft sektorunun ixracyönümlü sahələrinə investisiya yatıra bilər - Baku TV
- Fransadakı seçkilər Moskva əleyhinə məhdudiyyətlərə təsir edə bilər
- Brüssel Moskva ilə əlaqələri bərpa edir? - Baku TV CANLI
