Aİ-nin missiyası Ermənistanda daimi olacaq? | Qaluzindən açıqlama
Yeniliklərdən dərhal xəbərdar olun
“Rusiya Avropa İttifaqının Ermənistandakı missiyasının fəaliyyətinin genişlənməsindən narahatdır və Kanada nümayəndələrinin orada iştirakı NATO-nun Cənubi Qafqaza sürətlə nüfuz etməsindən xəbər verir”.
Bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin ölkə mətbuatına müsahibəsində bildirib.
Diplomat qeyd edib ki, Kreml sözügedən təşkilatın Ermənistandakı missiyasının fəaliyyətini mənfi qiymətləndirir və ölkəsi bu barədə dəfələrlə məlumat verib.
M.Qaluzinin fikrincə, Avropa İttifaqının məqsədi region dövlətlərinin – Rusiya, İran və Türkiyənin ənənəvi tərəfdaşları və qonşularının maraqlarına zərər verərək Cənubi Qafqazda möhkəmlənməyə çalışmaqdır.
Nazir müavini onu da qeyd edib ki, Moskva təkcə missiyanın İrəvanın razılığı ilə genişlənməsindən deyil, həm də müvəqqəti fazadan daimiyə çevrilmək məsələsindən narahatdır.
#Rusiya teqi istifadə olunub
- Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI
- Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR
- Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV
- Mərkəzi Asiya Rusiyadan uzaqlaşır? - Qazaxıstandan Moskvaya siyasi mesaj - Baku TV
- Putin Avropanın ən böyük problemini nədə görür? - Baku TV CANLI
