Aİ Pekini Rusiyaya təsir göstərməyə çağırdı
Yeniliklərdən dərhal xəbərdar olun
Brüsseldə Avropa İttifaqı və Çin iki ildən sonra hərbi məsləhətləşmələr keçirib.
Bu barədə Avropa Xarici Fəaliyyət Xidmətinin bəyanatında bildirilir.
"Ukrayna, İran və Asiya-Sakit Okean regionu ilə yanaşı, müzakirə olunan mövzular arasında tərk-silah, yayılmama və kosmosda təhlükəsizlik məsələləri də olub", – deyə məlumatda qeyd olunub.
Avropa Çin rəhbərliyinə Brüssel və Kiyev arasında razılaşdırılmış şərtlər əsasında Ukraynadakı münaqişəyə son qoymaq üçün Rusiyaya təsir göstərməyə, Cənubi Çin dənizində və Tayvan boğazında sabitliyin və naviqasiya azadlığının təmin edilməsində Pekinin məsuliyyəti ilə bağlı çağırış edib.
Aİ-ni Sülh, Təhlükəsizlik və Müdafiə üzrə Avropa Xarici Fəaliyyət Xidmətinin direktoru Benedikte fon Seherr-Thoss, Çin tərəfini isə Beynəlxalq Hərbi Əməkdaşlıq Departamentinin nümayəndə heyəti təmsil edib.
#Çin teqi istifadə olunub
- Pekində fəlakət bölgəsində xilasetmə və bərpa işləri gücləndirilir
- H2-X avtomobil qaldırır, mürəkkəb hərəkətlər edir
- 3690 metr uzunluğundakı tras meşəlik dərələrdən keçir
- Çində baş tutacağı gözlənilən üçtərəfli görüş müsbət nəticələnə bilərmi? - ƏSAS XƏBƏR
- ABŞ-nin Mərkəzi Asiya planında Azərbaycana hansı rol ayrılır? - AKTUAL GÜNDƏM
