Pleyeri seçin:

Ali təhsili olmayan prezident | Gürcüstanın yeni prezidenti kimdir?

14 dekabr 2024 452 baxış

Gürcüstanda prezident seçkiləri baş tutub. 300 seçicidən 224-nün səsini toplayaraq Mixeil Kavelaşvili ölkənin altıncı prezidenti olacaq.

İlk dəfədir ki, Gürcüstanda prezidenti əhali deyil, Seçici Kollegiyası seçib. Yeganə namizəd kimi keçmiş futbolçu Mixeil Kavelaşvili ölkənin Prezidenti adına layiq görülüb.

Hər kəsə maraqlı olan məqam isə budur, Gürcüstanın yeni Prezidenti kimdir?

O, hakim “Gürcü Arzusu”ndan rəsmən ayrılmış “Xalqın Gücü” Partiyasının üzvüdür. Onun namizədliyini hakim partiyanın fəxri sədri, milyarder Bidzina İvanişvili verib.

O, siyasətə gəlməmişdən əvvəl peşəkar futbolçu olub. 53 yaşlı M.Kavelaşvili 1995-ci ildə Vladiqafqazın “Spartak-Alaniya” klubunda çıxış edib və Rusiya çempionu olub. 1996-cı ildə “Mançester Siti”yə keçib. Bir il sonra İsveçrənin “Grasshoppers” klubuna icarəyə verilib və ölkə çempionluğunu qazanıb. Futbolçu karyerasında sonuncu klubu 2005-2006-cı illərdə çıxış etdiyi İsveçrənin “Bazel” klubu olub.

M.Kavelaşvilinin ali təhsili yoxdur. Məhz bu səbəbdən o, 2015-ci ildə Gürcüstan Futbol Federasiyasının prezidenti postuna namizədliyini irəli sürə bilməyib. Bundan sonra keçmiş futbolçu siyasətə qoşulub. 2015-cı ildə M.Kavelaşvili ilk dəfə “Gürcü Arzusu”ndan parlamentə seçilib.

2023-cü ilin yazında “Xalqın Gücü” “Xarici agentlər haqqında” qanunun təşəbbüskarı olub. Təşəbbüs geniş etirazlara səbəb olub və geri götürülüb. Bir il sonra isə qanun yeni adla qəbul edilib. Qanunun zərurətini müdafiə edən M.Kavelaşvili parlamentdəki müzakirələrdə ön sıralarda olub.

Məlumat üçün bildirək ki, M.Kavelaşvilinin andiçmə mərasimi dekabrın 29-da keçiriləcək.

Banner
Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Dünya
28 oktyabr 2026 452 baxış
Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Dünya
28 oktyabr 2026 452 baxış
Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Dünya
28 oktyabr 2026 452 baxış
Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Dünya
28 oktyabr 2026 452 baxış
Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dünya
28 oktyabr 2026 452 baxış
Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Dünya
28 oktyabr 2026 452 baxış
İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV

İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV

Dünya
28 oktyabr 2026 452 baxış
Özəl sektorda gizli kəşfiyyat | Pentaqon nə planlaşdırır? - Baku TV

Özəl sektorda gizli kəşfiyyat | Pentaqon nə planlaşdırır? - Baku TV

Dünya
28 oktyabr 2026 452 baxış
Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI

Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI

Dünya
28 oktyabr 2026 452 baxış
Sanksiyalarla yanaşı, diplomatik təmaslar | Avropa təzyiq və dialoqu uzlaşdıra biləcəkmi? - Baku TV

Sanksiyalarla yanaşı, diplomatik təmaslar | Avropa təzyiq və dialoqu uzlaşdıra biləcəkmi? - Baku TV

Dünya
28 oktyabr 2026 452 baxış
Seçilmişlər
icon