Alimlər müharibələrlə bağlı qeyri-mümkün hesab ediləni bacardı
Yeniliklərdən dərhal xəbərdar olun
Çin alimləri “gələcək müharibələrin xarakterini kəskin şəkildə dəyişdirə” bilən ultra dəqiq saat yaradıblar.
“South China Morning Post” xəbər verir ki, söhbət NIM-TF3 sezium atom fəvvarəsindən gedir. Təxminən kiçik bir soyuducu ölçüsündə olan 1,5 metr hündürlüyündəki saatı hərbi maşına yükləmək olar və çətin yollarda, digər sərt şəraitdə uzun müddət daşındıqdan sonra yenə də vaxtın hesablanması dəqiqliyindəki dalğalanmaları məhdudlaşdıra biləcək.
Əvvəllər bu qeyri-mümkün hesab olunurdu, çünki müqayisə oluna bilən dəqiqliyə yalnız hər hansı xarici təsirlərdən qorunmuş təhlükəsiz laboratoriyalarda yerləşdirilməli olan böyük atom saatları nail ola bilərdi. İndi alimlər portativ saat düzəltməyin yolunu tapıblar.
Eyni zamanda yeni saatın potensialı çox böyükdür. Bu, bir-birindən minlərlə kilometr məsafədə yerləşən radarlara düşmən təyyarələrini izləmək, elektron müharibəni təkmilləşdirmək və böyük məlumat ötürmək üçün sinxronizasiya etməyə imkan verir.
#Çin teqi istifadə olunub
- Pekində fəlakət bölgəsində xilasetmə və bərpa işləri gücləndirilir
- H2-X avtomobil qaldırır, mürəkkəb hərəkətlər edir
- 3690 metr uzunluğundakı tras meşəlik dərələrdən keçir
- Çində baş tutacağı gözlənilən üçtərəfli görüş müsbət nəticələnə bilərmi? - ƏSAS XƏBƏR
- ABŞ-nin Mərkəzi Asiya planında Azərbaycana hansı rol ayrılır? - AKTUAL GÜNDƏM
