Alimlər yeni virus barədə qorxulu gerçəyi açıqladı | Yenə Çin, yenə yarasa?
Yeniliklərdən dərhal xəbərdar olun
Çinin Yunnan əyalətindəki Endemik Xəstəliklərə Nəzarət İnstitutunun alimləri yarasalarda insanlar üçün təhlükəli olan “Nipah” və “Hendra” viruslarına genetik yaxın olan iki yeni virus aşkarlayıblar. Bu patogenlər beyinin şiddətli iltihabına və tənəffüs xəstəliklərinə səbəb ola bilər.
Bu barədə araşdırma "PLOS Pathogens" jurnalında dərc olunub.
Dörd illik araşdırma çərçivəsində mütəxəssislər Yunnan əyalətinin beş rayonunda toplanmış on növdən olan 142 yarasanın böyrəklərini tədqiq ediblər. Alimlər yüksək məhsuldarlıqlı DNT sıralama metodlarından istifadə edərək, 20-si əvvəllər elmə məlum olmayan 22 virus aşkarlayıblar.
Xüsusilə narahatlıq doğuran “Henipavirus” cinsindən olan iki yeni virus insanlar arasında yüksək ölüm halları ilə tanınan “Nipah” və “Hendra” viruslarını ehtiva edən eyni virus idi. Bu viruslar meyvə bağlarının və insan məskənlərinin yaxınlığında yaşayan meyvə yarasalarında aşkar edilib. Bu cinsin virusları sidiklə ötürülə bildiyi üçün tədqiqatçılar çirklənmiş meyvələr vasitəsilə yoluxma təhlükəsi barədə xəbərdarlıq edirlər.
Alimlər viruslarla yanaşı, yeni bir protozoa növü olan “Klossiella yunnanensis” və iki bakteriya növünü də müəyyən ediblər ki, onlardan biri əvvəllər məlum olmayan və “Flavobacterium yunnanensis” adlandırılıb.
#Çin teqi istifadə olunub
- Moskva və Pekin Tehrana dəstəyi artırır: Qərbə qarşı yeni cəbhə açılır? - Baku TV
- Diqqətçəkən gedişat: Rusiya və Çin İrana gizli dəstək verəcək? - Baku TV CANLI
- Humanoidlər və robot itləri real dağ şəraitində sınaqdan keçiriləcək
- Peyklərin buraxılışı layihənin yeni mərhələsi kimi təqdim olunur
- Momoge qoruğunda köçəri quşların təhlükəsizliyi üçün tədbirlər gücləndirilib
