Pleyeri seçin:

Alimləri qorxudan, dünyanın ən vahiməli məqbərəsinin sirri | Terrakota ordusu - ARAŞDIRMA

30 may 2024 277 baxış

Dünyasını dəyişəndən sonra belə hökmdarlıq arzusunda olan Çinin ilk imperatoru Tsin sülaləsindən olan Tsin Şixuandi idi. O, taxta 13 yaşında çıxır və elə ilk gündən mavzoleyini inşa etdirmək əmri verir. 38 il ərzində yeraltı mavzoley üçün nəzərdə tutulmuş əsgər fiqurları hazırlanır. Bu işdə 70 min fəhlə iştirak edib.

Məzarlıq 1974-cü ildə artezian quyusu qazılan zaman sadə kəndli tərəfindən aşkar olunur. Bundan sonra başlanan arxeoloji ekspedisiya 3 mərhələdə baş tutub. 2000-ci illərin əvvəllərində aparılan qazıntı işləri zamanı musiqiçilərin və akrobatların heykəlləri də aşkar edilib. Məzarlıqda məmurların heykəlləri də tapılıb.

“Terrakota döyüşçüləri”nin gil heykəllərinin hündürlüyü 160-1970 sm, çəkisi isə 135 kq-dır. Maraqlıdır ki, heykəllərin simalarının biri digərinə bənzəmir və hesab olunur ki, heykəllər real insanlara istinadən hazırlandığı üçün bənzərlik yoxdur. Gildən at heykəlləri də real ölçülərdədir.

Bütün bu əsgərlər, silahlar imperatoru o dünyada da qorumaq üçün nəzərdə tutulmuşdu. Gil ordu imperatorla birlikdə eramızdan əvvəl 210-cu ildə basdırılıb. Ən dəhşətlisi isə odur ki, bütün bu heykəlləri hazırlayan 70 min fəhlə və sənətkarların qalıqları da orada aşkar olunub.

İmperatorun 48 kənizinin də qalıqlarının aşkarlandığı məzarlıq vahimə saçırdı. Səbəb isə o idi ki, bu insanların hamısı diri-diri basdırılıb. Aparılan ekspertizaların nəticələri bunu deməyə əsas verir.

İmperator dünyasını dəyişəndən sonra onunla birlikdə nazirləri, dövlət adamlarını da qətlə yetirərək basdırıblar. O dünyada da imperatora xidmət etsinlər deyə... Bu Çinin, bəlkə də dünya tarixinin ən genişmiqyaslı qurban verilməsidir. Hər bir məzarlıqda 100-200 insan qalığı aşkarlanıb. 

Kopyalandı
Banner
Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Dünya
28 oktyabr 2026 277 baxış
Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Dünya
28 oktyabr 2026 277 baxış
Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Dünya
28 oktyabr 2026 277 baxış
Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Dünya
28 oktyabr 2026 277 baxış
Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dünya
28 oktyabr 2026 277 baxış
Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Dünya
28 oktyabr 2026 277 baxış
İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV

İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV

Dünya
28 oktyabr 2026 277 baxış
Özəl sektorda gizli kəşfiyyat | Pentaqon nə planlaşdırır? - Baku TV

Özəl sektorda gizli kəşfiyyat | Pentaqon nə planlaşdırır? - Baku TV

Dünya
28 oktyabr 2026 277 baxış
Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI

Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI

Dünya
28 oktyabr 2026 277 baxış
Sanksiyalarla yanaşı, diplomatik təmaslar | Avropa təzyiq və dialoqu uzlaşdıra biləcəkmi? - Baku TV

Sanksiyalarla yanaşı, diplomatik təmaslar | Avropa təzyiq və dialoqu uzlaşdıra biləcəkmi? - Baku TV

Dünya
28 oktyabr 2026 277 baxış
Seçilmişlər
icon