Almaniya bu təyyarələrlə bağlı Türkiyəyə veto qoydu? | Sensasiyalı xəbərin detalları
Yeniliklərdən dərhal xəbərdar olun
Almaniya hökuməti “Eurofighter” döyüş təyyarələrinin Türkiyəyə satışına veto qoymayıb.
Bu barədə “CNN Türk” telekanalı məlumat yayıb.
“Almaniya hökumətinin “Eurofighter”lərin satışına veto qoyması ilə bağlı Ankaraya rəsmi bildiriş göndərilməyib. Bu, təyyarə istehsal edən ölkələrin konsorsiumudur, danışıqlar Almaniya ilə yanaşı, Böyük Britaniya, İspaniya və İtaliya ilə də aparılır.
Britaniya ilə davam edən danışıqlarda Almaniyanın veto qərarı verdiyi barədə heç nə deyilməyib, hansısa problemin olduğuna dair rəsmi bildiriş yoxdur”, – məlumatda deyilir.
Xatırladaq ki, Almaniya mediası bundan əvvəl Olaf Şolts hökumətinin “Eurofighter” döyüş təyyarələrinin Türkiyəyə satışına veto qoyduğunu iddia edib. Qərarın İstanbul şəhər bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun həbs olunması səbəbindən verildiyi deyilib.
#Almaniya teqi istifadə olunub
- Nümayişçilər Almaniya Kanslerinin istefasını tələb edirlər
- Almaniyanı etiraz dalğası bürüdü: Gərginlik pik həddə - Baku TV CANLI
- Pekin və Berlin beynəlxalq nizamın qorunmasında əməkdaşlıq mesajı veriblər
- Almaniya kəşfiyyatı sərt danışdı | Moskva Avropanı necə hədəf alır? - Baku TV
- Almaniyada yaradılan mərkəzdə humanoid robotlar real işlər üçün praktiki bacarıqlara yiyələnir
