Almaniya əhalisi hökumətin inkişaf siyasətindən narazıdır
Yeniliklərdən dərhal xəbərdar olun
Almanların yarısı Almaniyanın gələcəyindən, onun parlaq perspektivindən ümidsizdirlər.
Son bir ildə Almaniyanın iqtisadiyyatının inkişaf perspektivlərinə şübhə ilə yanaşan almanların nisbəti, demək olar ki, iki dəfə artıb. İndi ölkə sakinlərinin yarısı Almaniyanın dünyanın aparıcı iqtisadiyyatları arasında öz mövqeyini qoruyub saxlaya biləcəyinə inanmır.
Bunu “Reuters” agentliyinin sərəncamında olan ictimai rəyin öyrənilməsi institutunun keçirdiyi sorğunun nəticələri sübut edir.
Sorğu iştirakçılarının 50%-i hesab edir ki, 10-15 ildən sonra ölkə dünyanın aparıcı iqtisadiyyatlarından biri olmaqdan çıxacaq. 2022-ci ildə respondentlərin yalnız 30%-i bu fikri bölüşürdü. Bu dinamika ölkənin hakim koalisiyasının – Almaniya Sosial Demokrat Partiyası, Yaşıllar və Azad Demokrat Partiyasının seçdiyi iqtisadi kursla bağlıdır. Almanların 76%-i hazırkı hökumətin “ölkəni irəli aparmağa” qadir olduğuna şübhə etdiyini bildirib. Respondentlərin 55%-nin fikrincə, Almaniya rəhbərliyinin siyasəti biznesin mövqeyini zəiflədir.
Almaniyanın işgüzar dairələrində də ölkənin iqtisadi perspektivləri ilə bağlı tutqun əhvali-ruhiyyə müşahidə olunur. İnstitutun ekspertləri qeyd ediblər ki, müsahibədə iştirak edən biznes liderlərinin 76%-i yüksək enerji qiymətlərinin ölkənin sənayesizləşməsinə gətirib çıxaracağından ehtiyat edir. Baş direktorların 58%-i iqtisadi baxımdan Almaniyanın şöhrət zirvəsinin geridə qaldığını qeyd edib. Agentlik respondentlərin sayı və sorğunun keçirilmə tarixi barədə məlumat verməyib.
#Almaniya teqi istifadə olunub
- Almaniyada yaradılan mərkəzdə humanoid robotlar real işlər üçün praktiki bacarıqlara yiyələnir
- Berlin minlərlə uzaqmənzilli raket almağı planlaşdırır
- Almaniya hərəkətə keçdi | Dünyanı sarsıdacaq savaş üçün hazırlıqlar gedir? - Baku TV CANLI
- Bir əldə F-35, bir əldə sanksiya: Vaşinqtonun Berlinlə bağlı planı nədir? - Baku TV
- Readmissiya olunan şəxslərin cəmiyyətə reinteqrasiyası təmin ediləcək - Baku TV
