Pleyeri seçin:
Readmissiya olunan şəxslərin cəmiyyətə reinteqrasiyası təmin ediləcək - Baku TV
Azərbaycan vətəndaşı olan 32 nəfər Almaniyadan geri qəbul edilib.
Bu barədə Dövlət Miqrasiya Xidməti məlumat yayıb.
Məlumatda qeyd olunub ki, Dövlət Miqrasiya Xidməti tərəfindən fəaliyyəti əlaqələndirilən aidiyyəti dövlət qurumlarının nümayəndələrindən ibarət Reinteqrasiya üzrə İşçi Qrupu readmissiya olunan Azərbaycan vətəndaşlarının üzləşdikləri çətinlik və problemlərin operativ həlli, onların cəmiyyətə səmərəli, dayanıqlı sosial-iqtisadi reinteqrasiyası işinin təşkili istiqamətində müvafiq tədbirlər həyata keçirir.
Qeyd edək ki, proses "Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında" Saziş çərçivəsində həyata keçirilib.
Kopyalandı
#Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti teqi istifadə olunub
- Əcnəbilərin müvəqqəti olma müddətinin uzadılması necə həyata keçiriləcək? - Baku TV CANLI
- DMX rəisinin qlobal problemlə bağlı çağırışları - Baku TV
- Miqrasiya siyasətinin əsas prioritetləri diqqətə çatdırıldı
- 28 soydaşımız bu ölkədən Azərbaycana niyə gətirildi?
- Dövlət Təhlükəsizlik Xidməti əcnəbilərlə bağlı hərəkətə keçdi | Əməliyyatın detalları üzə çıxdı
