Almaniya sərhədləri bağlayır? - Nəzarət gücləndirildi, əsas hədəf isə...
Yeniliklərdən dərhal xəbərdar olun
“Almaniyanın qonşu ölkələrlə sərhədlərində tətbiq olunan nəzarət tədbirləri yalnız müvəqqəti xarakter daşıyır və bu tədbirlər Avropa miqyasında ümumi bir tənzimləmə mexanizmi formalaşana qədər qüvvədə qalacaq”.
Bu açıqlama ilə Almaniya kansleri Fridrix Merz çıxış edib.
“Biz Avropa səviyyəsində bir həll yolu tapmağa çalışırıq. Lakin biz Avropanın xarici sərhədlərini daha yaxşı şəkildə qoruya bilmədiyimiz müddətdə daxili sərhədlərdə nəzarəti həyata keçirməyə məcburuq”, ‒ deyə kansler vurğulayıb.
Qeyd edək ki, mayın 7-də Almaniyanın daxili işlər naziri Aleksander Dobrindt 2015-ci ildən qüvvədə olan və sığınacaq axtaran şəxslərə ölkəyə daxil olmağa icazə verən əvvəlki hökumətin qərarını ləğv edib.
Yeni qaydalara əsasən, əgər həmin şəxslər artıq Avropa Birliyinin digər ölkələrində sığınacaq üçün müraciət ediblərsə, onlar Almaniya sərhədindən geri qaytarılır.
Eyni zamanda, Dobrindt sərhədlərdə yoxlamalar aparan federal polis əməkdaşlarının sayının artırıldığını elan edib. Nəticədə hazırda Almaniyanın Polşa və Çexiya ilə sərhədlərində nəzarət səbəbindən böyük tıxaclar yaranır.
#Almaniya teqi istifadə olunub
- Almaniyada yaradılan mərkəzdə humanoid robotlar real işlər üçün praktiki bacarıqlara yiyələnir
- Berlin minlərlə uzaqmənzilli raket almağı planlaşdırır
- Almaniya hərəkətə keçdi | Dünyanı sarsıdacaq savaş üçün hazırlıqlar gedir? - Baku TV CANLI
- Bir əldə F-35, bir əldə sanksiya: Vaşinqtonun Berlinlə bağlı planı nədir? - Baku TV
- Readmissiya olunan şəxslərin cəmiyyətə reinteqrasiyası təmin ediləcək - Baku TV
