Pleyeri seçin:
Almaniya şirkətini bu addımı atmağa nə vadar etdi?
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Almaniyanın texnologiya nəhəngi “Bosch” şirkəti iş yerlərinin kütləvi ixtisarını planlaşdırdığını açıqlayıb. Şirkətin qərarına əsasən, təkcə Almaniyada 13 min iş yeri ləğv ediləcək ki, bu da əvvəlki ixtisarlarla birlikdə ümumilikdə 22 min nəfərin işsiz qalması deməkdir. İxtisarlar e-mobil və daxili yanma mühərrikləri zavodları ilə yanaşı, mərkəzi idarəetmə və satış şöbələrini də əhatə edəcək. Şirkət rəhbərliyi bu addımı qlobal avtomobil sənayesindəki kəskin qiymət artımı, rəqabət təzyiqi və zəruri struktur dəyişiklikləri ilə əlaqələndirib. Ötən ilin sonuna olan məlumata görə, şirkətin Almaniyadakı işçi qüvvəsi artıq 129 600 nəfərə qədər azalıb.
Kopyalandı
#Almaniya teqi istifadə olunub
- Almaniyada yaradılan mərkəzdə humanoid robotlar real işlər üçün praktiki bacarıqlara yiyələnir
- Berlin minlərlə uzaqmənzilli raket almağı planlaşdırır
- Almaniya hərəkətə keçdi | Dünyanı sarsıdacaq savaş üçün hazırlıqlar gedir? - Baku TV CANLI
- Bir əldə F-35, bir əldə sanksiya: Vaşinqtonun Berlinlə bağlı planı nədir? - Baku TV
- Readmissiya olunan şəxslərin cəmiyyətə reinteqrasiyası təmin ediləcək - Baku TV
