Pleyeri seçin:

Almaniyada kanslerliyə ən güclü namizəd Rusiya casusudur? | Müzakirələrə səbəb olan xəbər

23 dekabr 2024 191 baxış

Almaniyada keçirilən son sorğulara görə, kansler postuna namizədlərin arasında “Almaniya üçün Alternativ” partiyasının həmsədri Alis Vaydel ən şanslıdır.

Sorğu iştirakçılarının 24%-i radikal sağçı Vaydelə səs verib və bu da ötən həftə ilə müqayisədə 3% çoxdur.

Sağçı “Almaniya üçün Alternativ” partiyasının nümayəndəsi Alis Vaydel ölkənin ən populyar on siyasətçisindən biridir. Onun tərəfdarları eynicinsli nikahlara və ciddi immiqrasiyalara nəzarətinə qarşı çıxsa da, qadının özü Şri-Lanka əsilli bir qadınla evlidir və iki övladları var.

Ali təhsil alarkən bir neçə il Çində olub və xüsusi təqaüd alıb. O, Çin dilini də mükəmməl bilir. 2013-cü ildə sağ populistləri öz ətrafında birləşdirən “Almaniya üçün Alternativ” partiyasının sıralarına qoşulub.

Alis 2022-ci ildə Tino Hrupalla ilə birlikdə partiyanın sədri seçilib. Qadın siyasətçinin partiyadakı fəaliyyəti və bəyanatları onun ideoloji rəqibləri tərəfindən daim müzakirə olunur. Müxaliflər Vaydeli Rusiya hökuməti ilə əlaqədə olmaqda ittiham edir, mətbuatda onu “rus agenti” adlandırırlar. Xarici siyasətdə Alis güclü iqtisadiyyata malik olmayan ölkələrin Avropa İttifaqından çıxarılmasının tərəfdarıdır. O, İngiltərənin Baş naziri Marqaret Tetçerin karyerasını nümunə götürdüyünü etiraf edib.

Alis Vaydel tez-tez həm də ksenofobiyada ittiham olunur. O, miqrantların Avropa ölkələrinin yerli əhalisinin həyatına təsirini mənfi qiymətləndirir. Yerli avropalıların tezliklə başqa ölkələrin vətəndaşları ilə əvəzlənəcəyini iddia edən partiya lideri Notr-Dam kilsəsindəki yanğının islam radikalları tərəfindən törədildiyini deyib, bu hadisəni qitədə xristianlığı məhv etmək üçün atılan addımlardan biri kimi qiymətləndirib.

Vaydel dəfələrlə Almaniyanın Rusiyaya qarşı sanksiya siyasətinə qarşı çıxıb. Onun sözlərinə görə, süni məhdudiyyətlər ölkə iqtisadiyyatına ziyan vurur.

Bundestaqda çıxışı zamanı o bildirib ki, rəsmi Berlin Ukraynaya silah verməkdən imtina etməli və daha balanslı xarici siyasət yürütməlidir: “Dərhal hərbi əməliyyatları dayandırmaq və danışıqlar masası arxasına oturmaq lazımdır”.

Alis hazırda İsveçrənin Bil şəhərində yaşayan Şri-Lanka əsilli rejissor və prodüser Sara Bossardla qeydə alınmış vətəndaş nikahında yaşayır. Eyni zamanda “Almaniya üçün Alternativ” özünü ölkədə ailə dəyərlərini qorumağa çalışan və eynicinsli nikahlara qarşı çıxan tərəf kimi təqdim edib.

2023-cü ildə alman siyasətçinin özünü LGBT qrupunun nümayəndəsi hesab etmədiyi sözləri sosial şəbəkələrdə qızğın müzakirələrə səbəb olub.

Kopyalandı
Banner
Yaxın Şərqdə hərbi gərginlik pik həddə çatacaq? - Baku TV CANLI

Yaxın Şərqdə hərbi gərginlik pik həddə çatacaq? - Baku TV CANLI

Dünya
28 oktyabr 2026 191 baxış
Hindistanda qasırğa təhlükəsi ilə əlaqədar 180 mindən çox insan təxliyə edildi - Baku TV CANLI

Hindistanda qasırğa təhlükəsi ilə əlaqədar 180 mindən çox insan təxliyə edildi - Baku TV CANLI

Dünya
28 oktyabr 2026 191 baxış
Hakim koalisiya Knessetdə çoxluğu əldə edə bilmir

Hakim koalisiya Knessetdə çoxluğu əldə edə bilmir

Dünya
28 oktyabr 2026 191 baxış
Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Dünya
28 oktyabr 2026 191 baxış
Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Dünya
28 oktyabr 2026 191 baxış
Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Dünya
28 oktyabr 2026 191 baxış
Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Dünya
28 oktyabr 2026 191 baxış
Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dünya
28 oktyabr 2026 191 baxış
Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Dünya
28 oktyabr 2026 191 baxış
İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV

İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV

Dünya
28 oktyabr 2026 191 baxış
Seçilmişlər
icon