Almaniyadan miqrantlara qarşı sərt tədbir | Hansı qadağa qoyulur?
Yeniliklərdən dərhal xəbərdar olun
Almaniyada miqrasiya siyasətində ciddi dəyişikliklər gözlənilir.
Bunu Almaniya Xristian Demokratlar İttifaqının rəhbəri Fridrix Merts bildirib.
Onun sözlərinə görə, artıq Almaniya vətəndaşlığını əvvəllər olduğu kimi üç ildən sonra deyil, yalnız beş il ölkədə yaşayandan sonra əldə etmək mümkün olacaq.
Vətəndaşlıq əldə etmək üçün qalma müddətini artırmaqla yanaşı, yeni hökumət qeyri-qanuni miqrasiya ilə mübarizə üzrə hüquqi sənədlərin sayını genişləndirməyi və sərhəd nəzarətini gücləndirməyi planlaşdırır.
Əfqanıstan da daxil olmaqla, könüllü qaçqınların qəbulu proqramları da məhdudlaşdırılacaq, polisin səlahiyyətləri əhəmiyyətli dərəcədə genişləndiriləcək.
Digər yeni tədbir isə bəzi miqrantların ailələrini Almaniyaya gətirməsinə qadağa qoyulması olacaq.
#Almaniya teqi istifadə olunub
- Almaniyada yaradılan mərkəzdə humanoid robotlar real işlər üçün praktiki bacarıqlara yiyələnir
- Berlin minlərlə uzaqmənzilli raket almağı planlaşdırır
- Almaniya hərəkətə keçdi | Dünyanı sarsıdacaq savaş üçün hazırlıqlar gedir? - Baku TV CANLI
- Bir əldə F-35, bir əldə sanksiya: Vaşinqtonun Berlinlə bağlı planı nədir? - Baku TV
- Readmissiya olunan şəxslərin cəmiyyətə reinteqrasiyası təmin ediləcək - Baku TV
