Almaniyanın açıqlaması aranı qatdı | Rusiya NATO ölkələrini vura bilər?
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Almaniyanın müdafiə naziri Boris Pistoriusun açıqlamalarına münasibət bildirərək bu ölkənin yenidən təhlükəli bir dövlətə çevrildiyini bildirib.
Bu barədə Dmitri Peskov "RBC"yə açıqlamasında deyib.
Onun sözlərinə görə, Almaniya rəsmisinin Rusiya əsgərlərinin öldürülməsinə dair verdiyi bəyanat narahatlıq doğurur.
"Almaniya yenidən təhlükəli ölkəyə çevrilir. Pistoriusun dediklərinə inanmaq çətindir, amma təəssüf ki, bu, reallıqdır", ‒ Kremlin nümayəndəsi vurğulayıb.
Qeyd edək ki, Almaniyanın müdafiə naziri Boris Pistorius daha əvvəl "Financial Times" qəzetinə verdiyi müsahibədə Rusiyanın hansısa NATO ölkəsini hücum edəcəyi təqdirdə, alman ordusunun rus əsgərlərini öldürməyə hazır olacağını bəyan etmişdi.
#Dmitri Peskov teqi istifadə olunub
- Peskovdan müharibə barədə açıqlama | "Rusiya bütün gücü ilə döyüşə davam edəcək" - Baku TV
- "Putin bunu bilir ki..." | NATO və Rusiya arasında qalan Kalininqradın taleyi necə olacaq? - Baku TV
- Rusiyalı nüvə mütəxəssisləri İrana niyə qayıdıb? - Baku TV
- Üçgünlük atəşkəs təşəbbüsü yeni danışıqlar üçün imkan yarada bilər? - Baku TV
- Putin-Tramp-Zelenski arasında üçtərəfli görüş keçiriləcək? - Baku TV
