Pleyeri seçin:

Almaniyanın keçmiş kansleri Putinlə danışıqlara dair sənədləri təhvil verməkdən imtina etdi

16 yanvar 2026 395 baxış

Almaniya hökuməti Gerhard Şröderin kansler olduğu dövrə aid xidməti sənədlər barədə hesabat təqdim etməyəcək.

Məsələ hakim koalisiya tərəfindən Bundestaqın Büdcə Komitəsinin gündəliyindən çıxarılıb.

Qeyd olunur ki, iclasdan əvvəl komitənin Şröderin ofisindən xidməti sənədlərin harada saxlanılması barədə məlumat alması planlaşdırılıb.

Şröder 2025-ci ilin yayında ofisi bağlandıqdan sonra bu materialların Fridrix Ebert Fonduna verilməsi barədə göstəriş verib. Beləliklə, o, uzun illərdir Dövlət Arxivinin bu sənədlərin təhvil verilməsi ilə bağlı tələblərini yerinə yetirməyib.

Hələ 2022-ci ilin mayında Bundestaqın Büdcə Komitəsi Federal Kansler İdarəsindən Gerhard Şröderin keçmiş kansler kimi ofisində olan xidməti sənədlərin qorunmasının təmin edilməsini tələb etmişdi. Daha sonra kansleriya onun ofisinə rəsmi müraciət edərək 178 arxiv qovluğunun təhvil verilməsini istəyib. Amma bu tələb yerinə yetirilməyib.

Almaniya mediasının məlumatına görə, həmin qovluqlarda iclas protokolları, şəxsi yazışmalar, əlyazma qeydləri və görüşlərə dair sənədlər, o cümlədən Şröderin Rusiya Prezidenti Vladimir Putinlə apardığı danışıqların qısa xülasələri yer alır. Fridrix Ebert Fondunda bu sənədlər ictimaiyyət üçün qapalı qalır.

Qeyd edilir ki, Gerhard Şröder Vladimir Putinlə dostluq münasibətlərinə malikdir. Almaniyanın keçmiş kansleri xüsusi günlərdə Rusiya liderindən təbrik alan azsaylı keçmiş dövlət başçıları sırasındadır.

Banner
Hindistanda qasırğa təhlükəsi ilə əlaqədar 180 mindən çox insan təxliyə edildi - Baku TV CANLI

Hindistanda qasırğa təhlükəsi ilə əlaqədar 180 mindən çox insan təxliyə edildi - Baku TV CANLI

Dünya
28 oktyabr 2026 395 baxış
Hakim koalisiya Knessetdə çoxluğu əldə edə bilmir

Hakim koalisiya Knessetdə çoxluğu əldə edə bilmir

Dünya
28 oktyabr 2026 395 baxış
Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Dünya
28 oktyabr 2026 395 baxış
Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Dünya
28 oktyabr 2026 395 baxış
Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Dünya
28 oktyabr 2026 395 baxış
Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Dünya
28 oktyabr 2026 395 baxış
Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dünya
28 oktyabr 2026 395 baxış
Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Dünya
28 oktyabr 2026 395 baxış
İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV

İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV

Dünya
28 oktyabr 2026 395 baxış
Özəl sektorda gizli kəşfiyyat | Pentaqon nə planlaşdırır? - Baku TV

Özəl sektorda gizli kəşfiyyat | Pentaqon nə planlaşdırır? - Baku TV

Dünya
28 oktyabr 2026 395 baxış
Seçilmişlər
icon