Almaniyanın Kiyevə verdiyi dron nələrə qadirdir? | Hər kəsi təəccübləndirən özəlliklər
Yeniliklərdən dərhal xəbərdar olun
Almaniyanın yüksək təsnifatlı yeni super silahı uğurlu sınaqdan sonra Ukraynaya tədarük ediləcək.
Qərb hərbi ekspertləri olduqca yüksək keyfiyyətinə görə bu qeyri-adi dronları “Mini-Taurus”lar adlandırırlar.
Süni intellektlə işləyən proqram dronları idarə etməyə kömək edir. Dronlar Rusiyanın GPS təzyiqlərinə və digər elektron müharibə üsullarına qarşı faktiki olaraq immunitetli edən proqram təminatı ilə təchiz olunub.
“Dron özü ərazini təhlil edir, bu, operatora hətta çətin hava şəraitində və ya çətin ərazilərdə də kursu saxlamağa kömək edir. Hədəf aşkar edildikdə və operator bunu təsdiqlədikdə dron müstəqil olaraq hədəfi vurur. Əgər əsgər əvvəlcədən əmr veribsə, “Helsinq” PUA-ları radio əlaqə kəsilsə belə, hədəfləri vura bilir. Onların dəqiqliyi tam əl ilə idarə olunan döyüş dronları ilə müqayisədə xeyli yüksəkdir”, – mənbə nəşrə məlumatında bildirib.
Bu dronlar Ukraynanın adi kamikadze dronlarından dörd dəfə uzağa uça bilir. Onlar Rusiya tanklarını və bunkerlərini məhv etmək üçün kifayət qədər partlayıcı daşıyırlar və havadan hərəkət edən hədəfləri vurmaq imkanındadırlar. Dronların qiyməti isə ABŞ istehsalı olan analoqları ilə müqayisədə çox ucuzdur.
Almaniya müdafiə naziri Boris Pistorius bu silahların Ukrayna Ordusuna Rusiyanın komanda məntəqələri və ya logistika kimi hərbi obyektlərinə zərbələr endirməyə imkan verəcəyini deyib.
#Almaniya teqi istifadə olunub
- Almaniyada yaradılan mərkəzdə humanoid robotlar real işlər üçün praktiki bacarıqlara yiyələnir
- Berlin minlərlə uzaqmənzilli raket almağı planlaşdırır
- Almaniya hərəkətə keçdi | Dünyanı sarsıdacaq savaş üçün hazırlıqlar gedir? - Baku TV CANLI
- Bir əldə F-35, bir əldə sanksiya: Vaşinqtonun Berlinlə bağlı planı nədir? - Baku TV
- Readmissiya olunan şəxslərin cəmiyyətə reinteqrasiyası təmin ediləcək - Baku TV
