Alyaska sülh planı çökmək üzrə | Kiyev razılaşmanı imzalamadı
Yeniliklərdən dərhal xəbərdar olun
“Ukrayna Alyaskada razılaşdırılmış sülh şərtlərini rədd edib”.
Bunu Ukrayna Prezidenti Volodimir Zelenski Brüsseldə Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenlə görüşündə deyib.
“Bizə real danışıqlar lazımdır. Bu, o deməkdir ki, onlar indi cəbhə xəttinin olduğu yerdən başlaya bilərlər. Təmas xətti danışıqlar üçün ən yaxşı xətdir. Avropalılar bunu dəstəkləyir və biz hamıya təşəkkür edirik”, ‒ Zelenski deyib.
Ukrayna lideri həmçinin qeyd edib ki, Rusiyanın Donetsk bölgəsində heç bir uğuru yoxdur və 12 ildir Kreml rəhbəri Vladimir Putin bu ərazini ələ keçirə bilmir.
“Ukrayna Konstitusiyası ərazilərin təhvil verilməsini mümkünsüz edir. Ərazi məsələsi çox vacib olduğu üçün onu ancaq Ukrayna-ABŞ-Rusiya üçtərəfli görüşü zamanı Ukrayna və Rusiya liderləri müzakirə etməlidir. Hələlik Rusiya üçtərəfli görüşün baş tutacağına dair heç bir əlamət göstərməyib”, ‒ deyə Zelenski bildirib.
Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen isə bəyan edib ki, həm Ukraynanın, həm də Avropanın həyati təhlükəsizlik maraqlarını qorumaq üçün güclü təhlükəsizlik təminatlarına ehtiyac var.
“İstər əməkdaşlığın inkişaf etdirilməsində, istərsə də digər ölkələrdən təchizatda Ukrayna Silahlı Qüvvələrinə heç bir məhdudiyyət ola bilməz. Aİ Ukrayna və Avropanın hərbi potensialının artırılması və Ukraynanın hərbi sənayesinin, xüsusilə pilotsuz təyyarələrin istehsalı sahəsində gücləndirilməsi üçün hərbi səylərini artıracaq. Brüssel Ukraynanın Avropa İttifaqına qəbulunu dəstəkləyəcək ki, bu da təhlükəsizlik zəmanətinin bir formasıdır”, ‒ deyə o bildirib.
#Rusiya-Ukrayna müharibəsi teqi istifadə olunub
- Sanksiyalarla yanaşı, diplomatik təmaslar | Avropa təzyiq və dialoqu uzlaşdıra biləcəkmi? - Baku TV
- Strateji Cənub körpüsü vuruldu | Kiyevdə gecə saatlarında güclü partlayışlar - Baku TV
- Skandinaviyadan Moskvaya vacib zəng | Avropada müharibə bitir? - ƏSAS XƏBƏR
- Rusiya-Ukrayna müharibəsi nə vaxt dayandırılacaq? - Baku TV CANLI
- Ukraynalılardan Qərbin yeni vədinə reaksiya - Baku TV
