Amerika dronları ümidləri doğrultmadı | Ordu rəsmiləri nələri açıqladı?
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ Müdafiə Nazirliyinin tapşırığı ilə ordunun xüsusi bölməsi Alyaskada dörd günlük təlimlərə cəlb olunub.
Poliqonda kamikadze dronların prototipləri bir sıra hədəfləri vurmaq üçün sınaqdan keçirilib. Bu zaman əsgərlər həmin dronları xüsusi elektron avadanlıqlarla dayandırmağa çalışıblar.
Təlim ABŞ-nin çoxsaylı PUA-ların istifadə olunduğu qarşıdurmalara hazır olmadığını üzə çıxarıb. Məsələn, bir dron proqramlaşdırıldığı hədəfi yer səviyyəsində axtarıb, sonra isə onu vurmaq məqsədilə dalış edərək toqquşmaq istəyib. Ancaq hədəfdən yayınıb və təxminən 25 metr kənarda yerə çırpılıb.
Digər bir cəhddə isə dron havaya qalxan kimi dalışa keçib. Növbəti sınaqda isə dağa çırpılıb.
Ekspertlərin sözlərinə görə, ABŞ dron istehsalı, onların tətbiqinə hazırlıq və müdafiə sistemlərinin yaradılması sahəsində Rusiya və Çindən geri qalır.
Pentaqon rəhbəri Pit Heqset də ölkənin bu sahədə rəqiblərdən geri qaldığını etiraf edib və bu fərqi aradan qaldırmaq üçün bir sıra yeni təşəbbüs və sərmayələri açıqlayıb.
Hazırda ABŞ-də təxminən 500 şirkət dron istehsal edir. Lakin onların ümumi illik istehsalı 100 min ədədi keçmir. Onların əksəriyyəti isə kütləvi istehsal və satış təcrübəsinə malik olmayan startaplardır.
#ABŞ teqi istifadə olunub
- Munirin səfəri | Tehrandakı görüşdə hansı məsələlər müzakirə olunacaq? - Baku TV
- Müsadirə edilən neftin gəlirləri "Kəpənək xəstəliyi" olan xəstələrin müalicəsinə yönəldiləcək
- ABŞ-Kanada danışıqları ticarət münasibətlərində hansı dəyişikliklərə yol aça bilər? - Baku TV
- Sülh sazişindən sonra Rusiya ilə iqtisadi münasibətlər necə dəyişəcək? - Baku TV CANLI
- Tehran seçkilərdən sonra gərginliyin artacağını gözləyir
