Amerikalı sabiq səfir nədə günahlandırılır? | Kobaxidzedən qalmaqallı paylaşım
Yeniliklərdən dərhal xəbərdar olun
Gürcüstanın Baş naziri İrakli Kobaxidze ABŞ-nin bu ölkədəki sabiq səfiri Kelli Deqnanı 2023-cü ildə Gürcüstanda inqilab cəhdlərini dəstəkləməkdə ittiham edib.
Hökumət başçısı bu barədə sosial media hesabında paylaşım edib.
İ.Kobaxidze ABŞ Dövlət Departamentinin müşaviri Derek Çollet ilə danışdığını, Kelli Deqnanın 2023-cü ildə Gürcüstanda iki inqilab cəhdini dəstəkləməsi ilə bağlı keçirdiyi təəssüfü onun diqqətinə çatdırdığını vurğulayıb.
Baş nazir həmin ildə QHT-lərin sözügedən təxribatlar üçün xarici mənbələrdən maliyyələşdirildiyini də əlavə edib.
Baş nazir qeyd edib ki, söhbət zamanı Derek Çolletə ABŞ Dövlət Departamentinin “xarici təsir” qanunu və etiraz aksiyaları ilə bağlı 2020-2023-cü illərdə Kelli Deqnanın “saxta bəyanatlar”ını xatırlatdığını deyib. O illərdə sabiq səfirin xaricdən maliyyələşən aktorlara vasitəçilik xidməti etdiyini və inqilabi prosesləri dəstəklədiyini də əlavə edib.
#Gürcüstan teqi istifadə olunub
- "Hamısı qaçır!" | Tbilisidə meyiti tapılan Aysunun ailəsi fəryad etdi | “Açarı dəyişib giriblər evə”
- Orta Dəhliz layihəsində Bakı ilə Tbilisi hansı yeni addımları atacaq? - Baku TV
- Yeni yük marşrutları Azərbaycanın mövqeyinə necə təsir edəcək - Baku TV
- Üçtərəfli əməkdaşlıq hansı sahələri əhatə edəcək? - Baku TV
- Gürcü kilsəsinin ritorikası Bakı-Tbilisi münasibətlərinə təsir edəcək? - AKTUAL GÜNDƏM
