Pleyeri seçin:
Ankarada fırtına həyatı iflic edib
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Ankarada davam edən leysan yağışlar və güclü külək həyatı iflic edib.
Fırtına nəticəsində bəzi binaların dam örtükləri, məscidlərin minarələri dağılıb. Saatda 45 kilometrə çatan külək nəticəsində çoxlu ağaclar aşıb. Etimesqut rayonunda ticarət mərkəzinin damı tamamilə dağılaraq ətrafdakı vətəndaşlara böyük qorxu yaşadıb.
Fırtına nəticəsində rayondakı mərkəzi məscidin minarəsi də uçub. Minarənin parçalarının ətrafa səpələnməsi nəticəsində bir nəfər yaralanıb. Yaralı təcili tibbi yardım maşını ilə xəstəxanaya çatdırılıb. Həmçinin Ümitköydəki məscidin minarəsi də uçub.
Ankara Valiliyi yağış və külək səbəbi ilə meydana gələ biləcək mənfi hallara qarşı əhalini xəbərdar edib.
Kopyalandı
#Ankara teqi istifadə olunub
- Tramp Türkiyədə | Dünya liderləri Ankarada bir araya gəlir - Baku TV
- NATO liderləri Türkiyədə strateji prioritetləri müzakirə edəcək - Baku TV
- Ankara-Bakı reysində gizlədilən mallar tapıldı - CANLI
- Şübhəlilərin saxlanılması üçün xüsusi əməliyyat başlandı
- Türkiyə XİN Şimali Kipr Türk Respublikasında keçirilən prezident seçkiləri ilə bağlı bəyanat yayıb
