Pleyeri seçin:

Tramp Türkiyədə | Dünya liderləri Ankarada bir araya gəlir - Baku TV

07 iyul 2026 513 baxış

Amerika Birləşmiş Ştatları Prezidenti Donald Tramp 36-cı NATO Dövlət və Hökumət Başçıları Zirvə Toplantısında iştirak etmək üçün Türkiyənin paytaxtı Ankaraya gəlib.

Trampı daşıyan "Air Force One" təyyarəsi Ankara hava limanına eniş edib. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ Prezidenti Donald Trampı hava limanında qarşılayıb. ABŞ Prezidentinin gəlişindən bir neçə dəqiqə əvvəl isə ABŞ nümayəndə heyətini daşıyan təyyarə də Ankaraya çatıb.

Məlumata görə, Tramp Prezident Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə keçirilən NATO Zirvəsində iştirak edəcək. O, rəsmi qarşılanma mərasimindən sonra Prezident Kompleksi – Beştəpəyə yollanacaq.

ABŞ Prezidenti Donald Tramp və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında görüşün bu gün saat 15:00-da Prezident Sarayında başlaması gözlənilir. Görüşdə NATO-nun gündəliyi, Türkiyə–ABŞ münasibətləri və regional proseslərin müzakirə ediləcəyi bildirilir.

Trampın Ankaraya gələn nümayəndə heyətində ABŞ Dövlət katibi Marko Rubio, xəzinədarlıq naziri Skott Bessent, müdafiə naziri Pit Heqset, eləcə də Ağ Evin yüksəkvəzifəli rəsmiləri və Prezidentin müşavirləri yer alır.

NATO Zirvəsi ərəfəsində Ankara şəhərində təhlükəsizlik tədbirləri maksimum səviyyəyə çatdırılıb. Ankara hava limanı, əsas magistrallar və dövlət başçılarının hərəkət marşrutları polis və jandarm qüvvələrinin nəzarətinə götürülüb. Şübhəli hesab edilən avtomobillər saxlanılaraq yoxlanılır, qayda pozuntularına yol verən sürücülər barəsində inzibati tədbirlər görülür.

Banner
İran nüvə müqaviləsindən çıxdı | ABŞ, İsrail və İran arasında gərginlik daha da artacaq? - Baku TV

İran nüvə müqaviləsindən çıxdı | ABŞ, İsrail və İran arasında gərginlik daha da artacaq? - Baku TV

Dünya
21 noyabr 2026 513 baxış
Ukraynanın şəhərləri raket və PUA-larla hücuma məruz qaldı - Baku TV CANLI

Ukraynanın şəhərləri raket və PUA-larla hücuma məruz qaldı - Baku TV CANLI

Dünya
21 noyabr 2026 513 baxış
ABŞ Prezidentinin açıqlaması Vaşinqtonda ziddiyyət yaradıb

ABŞ Prezidentinin açıqlaması Vaşinqtonda ziddiyyət yaradıb

Dünya
21 noyabr 2026 513 baxış
Huanqın gedişi Çin üçün fürsətə çevrilə bilər? - "Nvidia" qalmaqalı ətrafında müzakirələr - Baku TV

Huanqın gedişi Çin üçün fürsətə çevrilə bilər? - "Nvidia" qalmaqalı ətrafında müzakirələr - Baku TV

Dünya
21 noyabr 2026 513 baxış
Tramp: "Sülh sazişinə Zelenski ilə Putin arasındakı şəxsi düşmənçilik mane olur"

Tramp: "Sülh sazişinə Zelenski ilə Putin arasındakı şəxsi düşmənçilik mane olur"

Dünya
21 noyabr 2026 513 baxış
Tehranda pul qıtlığı, Təl-Əvivdə hərbi modernizasiya

Tehranda pul qıtlığı, Təl-Əvivdə hərbi modernizasiya

Dünya
21 noyabr 2026 513 baxış
3500 illik sirr açıldı | Araşdırma nələri üzə çıxardı?

3500 illik sirr açıldı | Araşdırma nələri üzə çıxardı?

Dünya
21 noyabr 2026 513 baxış
Həkimlər ən zərərli qidaları açıqladı

Həkimlər ən zərərli qidaları açıqladı

Dünya
21 noyabr 2026 513 baxış
Aİ-dən Ukrayna i̇lə bağlı mi̇lyardlıq qərar

Aİ-dən Ukrayna i̇lə bağlı mi̇lyardlıq qərar

Dünya
21 noyabr 2026 513 baxış
ABŞ Kanada ilə hərbi əməkdaşlığını məhdudlaşdırıb

ABŞ Kanada ilə hərbi əməkdaşlığını məhdudlaşdırıb

Dünya
21 noyabr 2026 513 baxış
Seçilmişlər
icon