Pleyeri seçin:
Ankaradakı bombalı hücumun bəzi detalları məlum oldu: PKK məsuliyyəti öz üzərinə götürdü
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
PKK terror təşkilatı Ankarada Daxili İşlər Nazirliyinin binası yaxınlığında törədilən terror aktına görə məsuliyyəti üzərinə götürüb. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Həmçinin hadisə ilə bağlı bəzi detallar da məlum olub. Terrorçuların əraziyə gəldikləri avtomobili qaçırdıqları, sahibini isə öldürdükləri ortaya çıxıb.
Türkiyə Baş Prokurorluğu da törədilən terror aktı ilə bağlı araşdırmalara başlayıb. Bu barədə Prokurorluğun açıqlamasında bildirilib.
Bundan əlavə, Ankaranın cinayət məhkəməsi mediaya yayım qadağası tətbiq etmək qərarına gəlib. Qadağa istintaqa xələl gətirə biləcək və ya ictimai iğtişaşlara səbəb ola biləcək məlumatların mediada dərcinə şamil edilir.
Kopyalandı
#Ankara teqi istifadə olunub
- Tramp Türkiyədə | Dünya liderləri Ankarada bir araya gəlir - Baku TV
- NATO liderləri Türkiyədə strateji prioritetləri müzakirə edəcək - Baku TV
- Ankara-Bakı reysində gizlədilən mallar tapıldı - CANLI
- Şübhəlilərin saxlanılması üçün xüsusi əməliyyat başlandı
- Türkiyə XİN Şimali Kipr Türk Respublikasında keçirilən prezident seçkiləri ilə bağlı bəyanat yayıb
