Pleyeri seçin:
Ard-arda 25 kişi ilə evlənən gəlinin şoka salan sirri
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Hindistan polisi ölkənin müxtəlif ştatlarında yeddi ay ərzində 25 kişi ilə evlənərək onları qarət edən 23 yaşlı Anuradha Pasvanı həbs edib.
Bu barədə "The Times of India" nəşri məlumat yayıb.
Nəşrin bildirdiyinə görə, "evlilik fırıldaqçısı" bəyləri aldatmaq və toydan qısa müddət sonra onların qiymətli əşyalarını oğurlamaq məqsədilə mürəkkəb saxtakarlıq sxemi qurmaqda ittiham olunur.
İşi araşdıran müstəntiqin sözlərinə görə, Anuradha evlənmək üçün saxta sənədlərdən istifadə edib. Toydan sonra bir neçə gün ərinin yanında qalır, daha sonra isə gecə saatlarında qızıl-zinət əşyaları, pul və bahalı cihazları götürərək evdən qaçırdı.
Onun kimliyi aldadılan bəylərdən birinin polisə müraciətindən sonra müəyyən edilib.
Kopyalandı
#Hindistan teqi istifadə olunub
- "Pirelli" təqvimində Hindistan gözəlliyi
- "Buna çox böyük ehtiyac var" | Ceyhun Bayramov Azərbaycan-Hindistan əlaqələrindən danışdı - Baku TV
- Hindistanda bayram şənliyində baş verən faciə 17 nəfərin həyatına son qoydu - Baku TV
- "Çin və Hindistan Putinə kömək edir" | Voldimir Zelenski
- Pakistan sərhədində insidentlə bağlı tərəflərdən fərqli açıqlamalar
