Pleyeri seçin:

Arvadını qətlə yetirən keçmiş nazir özünü günahkar görmədi | Hökm oxundu

01 aprel 2024 315 baxış

Astanada vətəndaş nikahı ilə yaşadığı qadını – Səltənət Nukenovanı öldürməkdə təqsirləndirilən keçmiş milli iqtisadiyyat naziri Kuandıq Bişimbayevin məhkəməsi keçirilib.

K.Bişimbayev Səltənət Nukenovanın qəsdən öldürülməsində özünü təqsirli bilmir, lakin onun ölümündə əli olduğunu etiraf edir. O, mərhumun yaxınlarından üzr istəyərək bağışlanacağına ümid etmədiyini deyib və əlavə edib ki, həyat yoldaşını xüsusi amansızlıqla, qəsdən, şüurlu, planlı şəkildə qətlə yetirməyib, ona görə də özünü bunda təqsirli hesab etmir.

“Etiraf edim ki, onun ölümündə mənim əlim olub. Mübahisəmiz olmasaydı, həmin axşam aramızda baş verən bəzi hərəkətlər olmasaydı, bəlkə də, heç nə olmazdı”, – deyə K.Bişimbayev bildirib.

Keçmiş nazir bildirib ki, S.Nukenovanın qohumları və ümumiyyətlə, prokurorluq “baş verənləri təhrif etmək üçün ona qarşı aktiv piar kampaniyası aparıb”.

“İnternetdə mərhumun gözünün çıxması, kəllə sümüyünün sınması, bədənində salamat yerinin olmaması barədə ifadələri oxumusunuz. Prokurorun oxuduğu ittiham aktında belə bir şey göstərilmir. Mən istənilən cəzanı qəbul etməyə hazıram, amma özümü də qorumalıyam. Beş ay mənə canavar dedilər, guya mən onun gözünü çıxartmışam, kəlləsini dağıtmışam. Bütün bunlar doğru deyil”, – K.Bişimbayev bildirib.

Qeyd edək ki, 2023-cü il noyabrın 9-da keçmiş nazir Kuandıq Bişimbayevin saxlanılması ilə bağlı məlumat yayılıb. Bildirilib ki, noyabrın 8-də axşam saatlarında Astanada restoranlardan birində ziyarətçilər arasında mübahisə baş verib, nəticədə bir qadın aldığı xəsarətdən ölüb. Mərhumun keçmiş nazirin həyat yoldaşı Səltənət Nukenova olduğu üzə çıxıb.

İlkin olaraq şübhəli şəxsə qarşı “Hədsiz amansızlıqla törədilmiş adam öldürmə” maddəsi ilə ittiham irəli sürülüb. Lakin sonradan onu işgəncədə də ittiham ediblər.

Banner
Netanyahudan sonra nə baş verəcək: İran və Türkiyə üçün yeni ssenari? - AKTUAL GÜNDƏM

Netanyahudan sonra nə baş verəcək: İran və Türkiyə üçün yeni ssenari? - AKTUAL GÜNDƏM

Dünya
28 oktyabr 2026 315 baxış
Yaxın Şərqdə hərbi gərginlik pik həddə çatacaq? - Baku TV CANLI

Yaxın Şərqdə hərbi gərginlik pik həddə çatacaq? - Baku TV CANLI

Dünya
28 oktyabr 2026 315 baxış
Hindistanda qasırğa təhlükəsi ilə əlaqədar 180 mindən çox insan təxliyə edildi - Baku TV CANLI

Hindistanda qasırğa təhlükəsi ilə əlaqədar 180 mindən çox insan təxliyə edildi - Baku TV CANLI

Dünya
28 oktyabr 2026 315 baxış
Hakim koalisiya Knessetdə çoxluğu əldə edə bilmir

Hakim koalisiya Knessetdə çoxluğu əldə edə bilmir

Dünya
28 oktyabr 2026 315 baxış
Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Dünya
28 oktyabr 2026 315 baxış
Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Dünya
28 oktyabr 2026 315 baxış
Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Dünya
28 oktyabr 2026 315 baxış
Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Dünya
28 oktyabr 2026 315 baxış
Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dünya
28 oktyabr 2026 315 baxış
Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Dünya
28 oktyabr 2026 315 baxış
Seçilmişlər
icon